Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Mikayıl Cabbarov: "Coca-Cola" Azərbaycanda zavod açır

01.02.2021 21:49 1 203
Mikayıl Cabbarov:
Bu gün ABŞ-ın "Coca-Cola" şirkətinin yerli nümayəndəliyi "Azərbaycan Coca-Cola Bottlers" MMC ilə İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Median.Az
xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, sənədə əsasən, "Coca-Cola" Azərbaycanda öz zavodunu quracaq:

"Bu layihə ölkəmizin digər regionlarında investisiya yatırımının təşviq edilməsinə, qeyri-neft sektorunun inkişafına, iqtisadi fəallığın artmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək".

Son xəbərlər