14:02 Metroda qatarların intervalında gecikmə müşahidə olunub  |     13:56 Azərbaycan neftinin qiyməti artıb  |     13:50 Ağstafada DƏRSDƏ HALI PİSLƏŞƏN müəllim öldü  |     13:43 Naxçıvanda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - Video  |     13:35 Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olacaq  |     13:33 Həftəsonu səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ  |     13:32 Azərbaycanın beş boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb  |     13:31 Optimal iş qrafiki açıqlandı  |     13:30 Leyla Əliyeva "Eşqi-nur" sərgisindən paylaşım etdi (Video)  |     13:29 Naməlum şəxs Pentaqona 130 milyon dollar ianə edib  |     13:28 Gəncədə avtobusların yolu dəyişdi, bazarın işi iflic oldu - Video  |     13:27 Xorvatiyada məcburi hərbi xidmət bərpa edilir  |     13:25 Ağdamda yük maşını restoranın ərazisinə aşdı  |     13:23 Ermənistanda kilsəyə məxsus telekanal bağlanacaq  |     13:15 İlkin Süleymanovun vəkilinin saxlanılmasına səbəb olan hadisənin GÖRÜNTÜSÜ (Video)  |     22:56 "Alaska Airlines" "İT" sistemindəki nasazlıq səbəbindən uçuşları dayandırıb  |     22:46 Vəkil Zabil Qəhrəmanovun saxlanılmasının SƏBƏBİ AÇIQLANDI  |     22:40 Yaponiya sahillərində güclü zəlzələ baş verib  |     22:30 "Hazır suplar xərçəng yaradır  |     22:22 “Milyon qırmızı qızılgül”ün müəllifi xəstəxanaya yerləşdirildi  |    

Gömrük Komitəsinin sədri hüquqpozma faktlarından danışıb

2020-ci il ərzində Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon 242 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və büdcə öhdəliyinə 102,83 faiz əməl olunub. 2021-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün 3 milyard 900 milyon manat həcmində büdcə proqnozu müəyyən edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Azərbaycan” qəzetinə müsahibəsində məlumat verib.

O, ötən il ərzində Azərbaycanın gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 18 min 913 hüquqpozma faktının aşkar olunduğunu deyib:

“Bu faktlardan 509-u cinayət xarakterli olub və əməllərin törədilməsində şübhəli bilinən 517 nəfərin (412 Azərbaycan vətəndaşı, 105 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb.

2020-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 111 fakt aşkar olunub, ümumilikdə 1 ton 490 kq 495 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 108, o cümlədən 94 kişi və 14 qadın olmaqla 79 nəfər Azərbaycan vətəndaşı və 29 nəfər əcnəbi (17 İran, 5 Rusiya, 4 Gürcüstan, 1 Ukrayna, 1 Pakistan və 1 Türkiyə vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 12 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

Gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 340,8 min ABŞ dolları, 2 milyondan çox rus rublu, 110,3 min manat dəyərində 287 ədəd qızıl-zinət əşyaları, 12,8 min manat dəyərində 531 ədəd gümüş-zinət əşyaları, 3,4 min manat dəyərində 62,18 qram qızıl muncuqlar və s. aşkar olunub.

İstintaq orqanının barələrində axtarış elan etdiyi 30 nəfər şəxslə bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilərək onların yeri müəyyən edilib və istintaq orqanının sərəncamına verilib”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 275 30.01.21 13:15