Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Başqa dövlət ərazisində dindirilməsi tələb olunan şəxslərlə bağlı YENİLİK

25.01.2021 14:24 708
Başqa dövlət ərazisində dindirilməsi tələb olunan şəxslərlə bağlı YENİLİK
“COVID-19 pandemiyası ilə bağlı sərhədlər bağlı idi və poçt işləmirdi, bu səbəbdən ekstradisiya sahəsində problem yaranmışdı”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov deyib.

O bildirib ki, ekstradisiya sahəsində sənədlərin əsli olması vacibdir:

“Bu problemi həll etmək məqsədilə elektron sənəd dövriyyəsinin həyata keçirilməsinə nail olduq. Beləliklə pandemiya dövründə xarici ölkədə olan Azərbaycan vətəndaşlarının ölkəmizə ekstradisiyasını təmin edə bildik”.

“Nazirliyin tarixində ilk dəfə olaraq elektron qaydada Vyetnamla Azərbaycan arasında memorandum imzalanıb. Əgər koronavirusla bağlı problem olsa, biz konfransları videoformatda həyata keçirəcəyik. Bu sahədə müəyyən konvensiyalar var ki, onlara qoşulma məsələsi də müzakirə edilir. Hətta hər hansı şəxsin başqa dövlətin ərazisində dindirilməsi tələb olunursa, bu videokonfrans şəklində həyata keçirilə bilər, bu da bu sahədə ciddi yeniliklərdən biridir”, - deyə o qeyd edib.

Mətbuat konfransında çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib ki, pandemiya dövründə ədliyyə orqanlarında həyata keçirilən işlər barədə onlayn görüşlər vasitəsilə məlumatlar verilib.

O bildirib ki, 2020-ci ildə ölkəmizdə bir çox sahələrdə olduğu kimi ədliyyə sahəsi də pandemiya dövründə fəaliyyətini onlayn qaydada həyata keçirib:

“Pandemiya dövründə 21 videoformatda görüş keçirilərək, ədliyyə sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətə məlumat verilib.

Bütün çətinliklərə baxmayaraq, 2020-ci ildə ölkəmizin hərbi siyasi uğuru, müasir tariximizin şərəfli səhifələrindən biri oldu”.скачать dle 11.3
Mojo.az Banner