Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ömürlük azadlıqdan məhrum edilmiş iki nəfər azadlığa buraxılıb - RƏSMİ

25.01.2021 12:06 1 173
Ömürlük azadlıqdan məhrum edilmiş iki nəfər azadlığa buraxılıb - RƏSMİ
“2020-ci ildə Ədliyyə Nazirliyində cəzaların icrası sahəsində ciddi işlər görülüb”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, məhkumların qidalanması, onlarla görüşlər və digər məsələlərə nəzarət olunub:

“Koronavirus pandemiyası ilə əlaqədar daim fəaliyyət göstərən monitorinq qrupu yaradılıb.

Cəzaçəkmə müəssisələrinə baş çəkib və məhkumların qidalanması, sağlamlığı barədə mütəmadi məlumat alıblar”.

“Respublika ərazisində cinayət törədən şəxslərin bağışlanması və əfv imkanlarından geniş istifadə edilib. Bu günə qədər 8 149 nəfər əfv sərəncamı ilə azadlığa buraxılıb. COVID-19 ilə bağlı ölkə başçısının müvafiq qərarına əsasən, ötən il ərzində pandemiya dövrü ilə əlaqədar olaraq, yaşı 65 dən yuxarı olan məhkumlar, o cümlədən yardıma ehtiyacı olan 176 məhkum azadlığa buraxılıb. Onlardan iki nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxslər olub. Onların evlərinə getməzdən əvvəl test nümunələrindən keçməsi və yaşayış yerlərinə qədər aparılması nazirlik tərəfindən təmin edilib”.скачать dle 11.3

Son xəbərlər