Mojo.az Banner
18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik rəsmisi: “Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunması önəmlidir”

25.01.2021 14:23 1 227
Nazirlik rəsmisi: “Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunması önəmlidir”
“İkinci Qarabağ müharibəsi dövründə ədliyyə orqanları tərəfindən çoxşaxəli işlər həyata keçirilib. Dünyanın 70-ə yaxın ölkəsinin ədliyyə nazirlərinə,140 ölkəni birləşdirən qurumlara, prokurorluqlara, Beynəlxalq Hakimlər Assosiasiyasına ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı müraciətlər ünvanlanıb və xalqımıza qarşı törədilmiş insanlıq əleyhinə cinayətlər vurğulanıb”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov deyib.

O bildirib ki, Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərlə bağlı məsuliyyətə cəlb olunması önəmlidir:

“Beynəlxalq təşkilatlara Ermənistanın beynəlxalq müstəvidə törətdikləri cinayətlərə görə cavab verməsində fəal iştirakı üçün müraciətlər edilib”.

“Nazirlik tərəfindən Azərbaycan həqiqətlərinin geniş yayılması məqsədilə Ədliyyə Nazirliyinin rəsmi səhifəsində üç dildə məlumatlar geniş şəkildə ictimaiyyətləşdirilib. Bu platforma üzərindən Ali Baş Komandan İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr də paylaşılıb”, - deyə S.Kazımov qeyd edib.скачать dle 11.3
Mojo.az Banner