Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:13 Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR | 19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Qeyri neft-qaz məhsullarının ixracı azalıb

18.01.2021 21:55 1 437
Qeyri neft-qaz məhsullarının ixracı azalıb
2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 108 ölkəyə məhsul ixrac olunmuş, 175 ölkədən idxal olunmuşdur.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 21863,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 12177,8 milyon dollarını və ya 55,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 9685,5 milyon dollarını (44,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2492,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 27,2 faiz, real ifadədə 21,7 faiz, o cümlədən idxal 36,2 faiz, ixrac isə 11,5 faiz azalmışdır.

2020-ci ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,0 faiz, real ifadədə isə 17,9 faiz azalaraq 1638,2 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,4 faizini İtaliyaya, 19,2 faizini Türkiyəyə, 4,9 faizini Rusiyaya, 3,6 faizini Yunanıstana, 3,4 faizini Xorvatiyaya, hər biri 3,3 faiz olmaqla Gürcüstan və Çinə, 3,2 faizini Hindistana, 3,1 faizini İsrailə, hər biri 2,5 faiz olmaqla İspaniya və Ukraynaya, 2,2 faizini Tunisə, hər biri 1,8 faiz olmaqla Portuqaliya və Almaniyaya, 1,7 faizini Çexiyaya, 1,5 faizini İsveçrəyə, 10,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (38,3 faiz), Türkiyəyə (19,6 faiz), İsveçrəyə (12,3 faiz), Gürcüstana (7,1 faiz), Çinə (2,5 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2,1 faiz), İrana (1,6 faiz), Qazaxıstana (1,4 faiz), ABŞ-a (1,3 faiz), Almaniyaya (1,1 faiz), Belarusa (1,0 faiz), Türkmənistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 14,5 faizi Türkiyə, 13,2 faizi Çin, 6,1 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,4 faizi Fransa, 3,9 faizi Ukrayna, 3,8 faizi İtaliya, 2,8 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 1,8 faizi Yaponiya, 1,6 faizi Koreya, 21,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2020-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 3,0 faiz, kartof - 31,7 faiz, meyvə və tərəvəz şirələri - 22,5 faiz, bitki yağları - 1,6 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar - 27,9 faiz, pambıq lifi - 8,4 faiz, polietilen - 23,2 faiz, qara metallardan borular - 1,8 dəfə artmış, təzə meyvə ixracı isə 11,9 faiz, şəkər - 19,6 faiz, tütün - 26,3 faiz, çay - 9,3 faiz, meyvə və tərəvəz konservləri - 1,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 58,5 faiz, emal olunmamış alüminium - 20,1 faiz, pambıq ipliyi - 37,0 faiz, bentonit gili - 3,4 faiz, qara metallardan yarımfabrikatlar - 48,8 faiz azalmışdır.

2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 2020-ci ilin yanvar-noyabr aylarında bitki yağları idxalı 4,1 faiz, təzə meyvə - 11,4 faiz, kərə yağı, digər süd yağları və pastaları - 19,5 faiz, mal əti - 12,8 faiz, təzə tərəvəz - 37,9 faiz, minik avtomobilləri - 22,8 faiz, dərman vasitələri - 43,8 faiz, hesablama maşınları, blok və qurğuları - 17,1 faiz, mineral gübrələr - 2,7 faiz, qara metallardan çubuqlar - 46,3 faiz artmış, buğda idxalı isə 17,6 faiz, xam şəkər və şəkər - 13,1 faiz, çay - 2,2 faiz, kartof - 8,4 faiz, quş əti və onun əlavə məhsulları - 21,6 faiz, siqaretlər - 73,2 faiz, qara metallardan borular - 21,8 faiz, polad prokatı - 8,1 faiz, rezin şinlər - 18,5 faiz, yük avtomobilləri - 1,8 faiz, mebellər - 25,0 faiz, polietilen - 26,3 faiz, məişət kondisionerləri - 32,9 faiz, paltaryuyan maşınlar - 7,3 faiz, qara metallardan künclüklər - 8,9 faiz, avtobuslar - 54,9 faiz, məişət soyuducuları - 11,2 faiz, sement və sement klinkerləri - 21,6 faiz azalmışdır.

Son xəbərlər