22:56 "Alaska Airlines" "İT" sistemindəki nasazlıq səbəbindən uçuşları dayandırıb  |     22:46 Vəkil Zabil Qəhrəmanovun saxlanılmasının SƏBƏBİ AÇIQLANDI  |     22:40 Yaponiya sahillərində güclü zəlzələ baş verib  |     22:30 "Hazır suplar xərçəng yaradır  |     22:22 “Milyon qırmızı qızılgül”ün müəllifi xəstəxanaya yerləşdirildi  |     22:09 “Moskvanın cavabı sərt olacaq”  |     22:00 Fransa Ukraynaya əlavə “Aster” raketləri və “Mirage” qırıcıları göndərəcək  |     21:52 İker Kasilyasın evi qarət edildi  |     21:50 Almaniyada mobil bomba sığınacaqları satışa çıxarılacaq  |     21:39 Azərbaycan dilində “sizin hamınızı öldürəcəyik” deyib - MƏHKƏMƏ  |     21:27 İtaliyada zəlzələ oldu  |     21:06 Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi vandal hücumuna məruz qaldı - Səfirlik məsələni nəzarətə götürdü  |     20:54 Ceyhun Bayramov BMT-nin 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edib - FOTO  |     20:52 İsrailə uçuşları bərpa edəcəklər  |     20:44 Yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı  |     20:38 "Kişi gözə gələcək" - Xalq artisti həyat yoldaşından danışdı (VİDEO  |     20:30 İllik 4 milyon alacaq  |     20:22 Artan qiymət, dəyişməyən keyfiyyət: Metroda qatarlar niyə gecikir?  |     20:15 Oğuzda kafedə tək qalan oğlan qolunu kəsdi, həbs olundu  |     20:13 Zelenski Starmerlə görüşdü  |    

Nazir: “Operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib”

“102” Xidmətinə daxil olan məlumatlar əsasında 2 min 288 cinayətin “isti izlər”lə, eləcə də “Təhlükəsiz şəhər” sisteminin imkanları ilə 477 cinayətin üstü açılıb.

Bu sözləri Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov bu gün nazirliyinin 2020-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan Kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, “102” Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə axtarışda olan 94 avtomobil saxlanılıb.

Hesabat ilində həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kiloqram narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

Məruzə ətrafında çıxış edənlər hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı planlaşdırılan konkret tədbirlərdən danışıblar.

İclasa yekun vuran daxili işlər naziri Vilayət Eyvazov 2020-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu nəzərə çatdırıb, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldərək konkret tapşırıq və tövsiyələrini verib.

V.Eyvazov nazirlik sistemində maddi texniki təminatın, xidmət şəraitinin daha da yaxşılaşdırılması, fəaliyyətin təkmilləşdirilməsi, sosial müdafiə işinin gücləndirilməsi üçün dövlət tərəfindən hərtərəfli köməklik göstərildiyini məmnunluqla qeyd edərək, bu ali diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, qanunla müəyyən olunmuş vəzifələr bundan sonra da yüksək səviyyədə yerinə yetiriləcəkdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            816 18.01.21 20:21