Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”

16.01.2021 18:46 1 239
Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”
Rusiyada “Milli Müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İqor Korotçenko Media.Az-a müsahibəsində Laçın dəhlizi barədə danışıb.

“Birincisi, Azərbaycanın Qarabağ bölgəsində hər hansı qanunsuz erməni silahlı birləşməsi terror qruplaşması kimi qəbul edilməlidir.

İkincisi, Laçın dəhlizinin Rusiya sülhməramlılarının, Rusiya sərhəd xidmətinin səyləri sayəsində Ermənistandan hər hansı bir silahlı insanın bura daxil olmaması üçün danışıqlar aparmaq lazımdır”.

Korotçenko bildirib ki, bütün erməni silahlı birləşmələri tərkisilah edilməlidir:

“Əgər orada Ermənistan vətəndaşları varsa, onda Azərbaycan ərazisini tərk etməlidirlər. Bu, Rusiya ilə Azərbaycanın gələcək birgə hərəkətləri üçün danışıqlar mövzusudur. Laçın dəhlizi terrorçuların, silahlı şəxslərin nüfuz etdiyi və silahların daşındığı bir qapı olmamalıdır. Bu məsələnin həll edilməsinin zəruriliyi göz qabağındadır. Bəlkə də Laçın dəhlizinin işləməsi ilə bağlı yeni işçi qrupu yaratmaq məntiqə uyğundur”.

Son xəbərlər