Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:47 Atası başına qazan çırpdı, oğul atasını döydü - Həbs edildi | 19:36 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? | 19:34 Bakıda toyda telefonları oğurlayan şəxs saxlanıldı | 19:28 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq | 19:08 Azərbaycanda yaşlı insanların nikaha marağının artmasının səbəbləri | 18:52 Azərbaycanda şair vəfat etdi | 18:44 Gəncədə avtomobillər bir-birinə çırpıldı - Yaralılar var | 18:31 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı | 18:09 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar | 17:57 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? | 17:36 Tovuzda torpaq sürüşməsi olub | 17:35 Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı | 16:54 Vilyam Hacıyevin azadlıqda ilk fotosu | 16:41 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi | 16:34 İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı | 16:28 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? | 15:47 Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı | 14:53 Prezident rektoru təltif etdi | 14:43 Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama | 14:34 İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" |
Mojo.az Avto
Mojo.az Avto

ÜST səyahətçilər üçün vaksinasiya pasportlarını müzakirə edir

15.01.2021 13:47 951
ÜST səyahətçilər üçün vaksinasiya pasportlarını müzakirə edir
Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı Beynəlxalq Səhiyyə Qaydaları təcili komitəsinin gündəminə səyahətçilər üçün peyvənd pasportları məsələsi salınıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə ÜST-ün Avropa Bürosunun immunizasiya şöbəsinin baş mütəxəssisi Oleq Beneş bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Səhiyyə Tənzimləmə Komitəsi vaxtaşırı koronavirusla mübarizə tədbirləri ilə bağlı məsələləri araşdırır.

“Koronavirus infeksiyasına qarşı təsirli və təhlükəsiz peyvəndlərin meydana çıxması ilə ÜST beynəlxalq səyahətçilərin peyvənd edilməsi ilə bağlı məsələləri və problemləri öyrənir”, - deyə o vurğulayıb.

Beneş beynəlxalq vaksinasiya sertifikatının istifadəsinin beynəlxalq tibbi-sanitar qaydalarla tənzimləndiyini xatırladıb.

Son xəbərlər