Mojo.az Banner
15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA

14.01.2021 16:57 1 329
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
“Nazirlər Kabineti yanında operativ qərargah bütün parametrləri qiymətləndirərək, yanvarın 18-dən sonra karantin rejiminin yumşaldılması barədə qərar verə bilər”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M.Quliyevin sözlərinə görə, karantinin yumşaldılmasına getmək üçün kifayət qədər əsaslar var:

“Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə ötən ilin dekabrından tətbiq edilən sərtləşdirilmiş karantin kifayət qədər effekt verdi. Yoluxma və ölüm sayında əhəmiyyətli azalma müşahidə edilir. Təbii ki, buna vətəndaşların qaydalara ciddi riayət etməsi ilə nail olundu.

Vətəndaşlarımız problemin ağırlığını dərk edir və məsuliyyət nümayiş etdirirlər. Göstəricilər yaxşıdır, həm yoluxma, həm də virusdan ölüm sayı azalıb. Ona görə yumşalmaya gedilməlidir.

Amma bu o demək deyil ki, virus bitdi. Hətta vaksinasiyadan bir müddət sonra da tibbi maskadan istifadə labüd hesab edilir, həmçinin gigiyenik qaydalara riayət şərtdir”.

Komitə sədri praktikada olduğu kimi yumşalmanın mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb:

“Hansı qərarlar veriləcək, bunlar rəsmilər tərəfindən açıqlanacaq. Amma hesab edirəm ki, SMS icazə ləğv edilə bilər, bəzi sahələrdə iş bərpa oluna bilər, metro açıla bilər. Bütövlükdə siyahını operativ qərargahın üzvləri müəyyən edir. İlkin olaraq, hansı qərarlar veriləcək, hansı sahələrdə fəaliyyət bərpa olunacaq, bunu yalnız operativ qərargah açıqlayacaq”.скачать dle 11.3
Mojo.az Banner