22:54 5 ay əvvəl təyin olunan sədr 100 min manatlıq xidməti avtomobil alır  |     22:49 Səhvən 43 il həbs yatdı, azadlığa çıxan kimi həbs edildi  |     22:41 Ürək tutması barədə xəbərdarlıq: Soyuq havalara diqqət!  |     22:36 Biləsuvarda yanğınlar oldu  |     22:27 Ət alarkən bunlara diqqət yetirin - VİDEO  |     22:22 Bu televiziyalara ayrılan vəsait azalır  |     22:16 Şəkərli diabet xəstəliyinin xərclərini icbari tibbi sığorta qarşılayacaq  |     22:08 Daha 4 ünvanda minib-düşmə yeri yaradıldı  |     22:03 Azərbaycanda qadın sahibkarların sayı açıqlandı  |     21:56 “İnsan yeyən” milçək peyda olub - Alimlər həyəcan təbili çalır  |     21:50 Ötən ay karxanada xəsarət alan fəhlə öldü  |     21:42 "Həbsdən qaçış" izləyicilərinə şad xəbər  |     21:37 Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək  |     21:29 Ermənistanın əsirliyində olmuş azərbaycanlıların işgəncələrə məruz qalması barədə ifadələri elan olunub  |     21:23 DİM sədri Məleykə Abbaszadə hansı xidmətin ödənişli olacağının ANONSUNU VERDİ  |     21:15 Tramp "Binance"ın qurucusunu əfv etdi  |     21:15 5,2 milyon doza dabaq peyvəndi gətiriləcək - MƏBLƏĞ  |     21:10 Xəstəxana rəhbərliyi tərəfindən döyüldüyünü iddia edən işçi barədə TƏBİB-dən AÇIQLAMA  |     21:03 Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi fermerlərdən hədə-qorxu yolu ilə rüşvət tələb edib?  |     20:56 Bakıda şadlıq evindən MEYİT TAPILDI  |    

“Caliber” Moskva görüşünü təhlil edir: Bakı yeni “kozır” əldə edib - VİDEO

“44 günlük müharibədən sonra Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın ilk görüşü baş tutdu. Məhz bu səbəbdən görüşü şərh edən şəxslər ədalətli olaraq ilk növbədə protokol incəliklərinə xüsusi diqqət ediblər”.

Bu fikirlər “Caliber” layihəsinin “Youtube” kanalında yerləşdirilən növbəti təhlilində səsləndirilir.

Süjetdə ilk olaraq qeyd olunur ki, görüşün vacibliyini təsdiq edən digər fakt onun pandemiyanın geniş yayıldığı dövrdə tərəflərin fiziki iştirakı ilə bağlı idi.

Digər tərəfdən, tərəflərin mətbuat üçün açıqlamalarından bu nəticəyə gəlmək mümkündür ki, sözügedən görüş 10 noyabr razılaşmalarının məntiqli davamı idi.

Tərəflərin mətbuat üçün açıqlamalarını və liderlərin əhval-ruhiyyəsini nəzərə alaraq aydın müşahidə etmək olardı ki, Azərbaycan və Rusiya dövlətlərinin rəhbərləri üçtərəfli görüşdən daha məmnun görünürdülər.

Video təhlildə bunun birinci səbəbi olaraq 30 ildən artıq bir müddətdən sonra Azərbaycanın nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə quru əlaqəsinə sahib olması göstərilir.

İkinci səbəb isə Azərbaycanın geoiqtisadi rolunu daha da artırır.

Belə ki, Cənubi Qafqaz bölgəsində ixtisaslaşmış analitiklər və mütəxəssislər “Yuxarı Lars keçid məntəqəsi” ifadəsinin Ermənistan üçün nə demək olduğunu çox yaxşı bilirlər.

“Qeyd etmək lazımdır ki, Ermənistanın Rusiya ilə birbaşa quru əlaqəsi yoxdur. Beləliklə, 11 yanvar 2021-ci il tarixli müqavilələr həyata keçirildiyi təqdirdə Ermənistan və Rusiya dəmir yollarının Azərbaycan ərazisindən keçməsi ilə Bakı bölgədəki Azərbaycanın geoiqtisadi rolunu daha da artıran ciddi bir nəqliyyat və infrastruktur alətini əlinə keçirmiş olacaq”, - deyə video təhlildə vurğulanır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            684 13.01.21 23:49