Mojo.az Banner
19:02 Nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi aparılacaq  |     18:58 Qəbələnin bəzi əraziləri qazsız qalacaq  |     18:51 Tiktoker "Eliş"ə hökm oxundu  |     18:29 Nəsimi rayonunda SOYĞUNÇULUQ OLUB: Üç nəfər saxlanılıb  |     18:13 Rusiya vətəndaşlarına hökm oxundu  |     17:32 Elektron siqaretlərlə bağlı QƏRAR  |     17:03 Bu heyvanların Azərbaycana idxalının qarşısı alındı  |     16:31 Quldurluq edənlərə hökm oxundu  |     16:08 Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi  |     15:43 Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb  |     15:25 Lökbatanda yanan anbar kimə məxsusdur? - Daha bir şirkətdən AÇIQLAMA (Yenilənib)  |     15:05 Azərbaycan neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı  |     14:55 Azərbaycanda hantavirusun yayılma riski yüksəkdir? - ÜST açıqladı  |     14:49 Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ  |     13:37 Valideynlər uşaqları sosial mediada istismar edir - Komitədən AÇIQLAMA  |     13:23 Müdiriniz sizə məcbur ərizə yazdırıb işdən çıxarırsa — hüquqlarınızı bilin  |     12:52 Bakı metrosunda mühüm YENİLİK: Sərnişinlər boş vaqonları öncədən görə biləcəklər  |     12:33 Prezident Administrasiyasının məsul işçisinin kürəkəni yenidən hakim qarşısına çıxarılacaq  |     12:09 Azərbaycan nefti bahalaşıb  |     12:08 Balakəndə narkotik plantasiyası aşkarlanıb - Video  |    
Left Banner
Right Banner

Amin Musayev: “Həkimlər gəzə biləcəyimi deyiblər”

11.01.2021 21:42 1 392
Amin Musayev: “Həkimlər gəzə biləcəyimi deyiblər”
“Əsir düşdüyüm gün noyabrın ya 10-u, ya da 11-i idi. Müharibənin bitdiyi gün əsir düşmüşəm. Yalnız Azərbaycana qayıdanda bildim ki, müharibə bitib”.

Bunu oxu.az-a açıqlamasında 33 gün əsirlikdə olmuş əsgər Amin Musayev deyib.

Onun Rusiyanın ANNA (Analytical Network News Agency) Xəbər Agentliyinin çəkdiyi görüntülərdə necə əsir düşdüyü görünür. Amin həmin anları belə xatırlayıb:

“Mən əsir düşərkən onlar məni videoya çəkməklə əsirlərə qarşı necə humanist olduqlarını göstərməyə çalışırdılar. Amma o qədər pis niyyət, qorxaq insanlardır ki, bunu göstərməyi bacarmadılar. Hətta o videogörüntülərdə məni başqa ölkənin vətəndaşı kimi qələmə vermək istədilər, alınmadı. Hətta mənim adımı soruşanda, istəmirdim ki, haqqımda düz məlumat əldə etsinlər. Əsirlikdə olduğum müddətdə də şiddətə məruz qaldım. Alın nahiyəmdən qundaqla vurdular (doğrudan da əsir kimi tapıldığı ilk görüntüdə qanın olmaması, daha sonrakı görüntüdə alnının sol hissəsindən qan axdığı görünür – S.M.). Bu, videoda da görünür. Sözün düzü, həmin videoya düz-əməlli baxmamışam. Çünki yadıma düşdükcə, mənə pis təsir edir, gecələr yata bilmirəm.

Rus jurnalist (Aleksandr Xarçenkonu nəzərdə tutur – S.M.) sanitar maşınına mindirilənə kimi yanımda idi. Amma alnıma onun yanında avtomatla vurdular”.

O, Bakıya qayıtmasını yalnız təyyarədə olarkən bildiyini qeyd edib. Amin onu da bildirib ki, həkimlər ona yeriyəcəyini deyib:

“Ermənilərlə ünsiyyətim rus dilində qurulurdu. Mən də rus dilində “çut-çut” bilirəm. Əsirlərə olan rəftarları çox pisdir. Sol ayağımda əməliyyatı səhv etmişdilər. Burda dedilər ki, bu ayaqla yeriyə bilməyəcəksən. Bakıda yenidən məni əməliyyat etdilər, qan köçürdülər.

Hazırda yalnız dizimin bükülməyində problem var. Bir də İrəvanda sağ ayağıma iynəni elə vurublar ki, həmin nahiyədə sinir sistemimə toxunduğundan, hissiyat zəifdir. Burada həkimlər tam gəzmə ehtimalımın olduğunu deyiblər.

Azərbaycana qayıdacağıma dair ümidimi heç vaxt itirmirdim. Çünki prezidentimə güvənirdim. Bakıya aparılacağım deyilməmişdi. Səhər-səhər sarğımı dəyişəndə xərəyə qoyub məni apardılar, heç bilmədim hara gedirəm. Yalnız təyyarənin səsini eşitdim. Gözümü təyyarədə rus açıb dedi ki, Bakıya gedirsən. Onda da qəribə hiss yaşadım. Tam inanmağım gəlmirdi. Amma Bakıya düşəndə həyəcan və sevinc hissimi danışmaqla ifadə edə bilmərəm.

Şükür olsun ki, bu gün Qarabağ azaddır. Şəhidlərimizin, qazilərimizin qanı yerdə qalmadı. Biz məğlub xalqdan qalibə çevrildik. Bunun da hamısı cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində olub.

Mən xalqın bizə sevgisini müharibə vaxtı gördüm. Bizə o qədər mülki insanlardan yeməklər gəlirdi ki, demək olar, hərbdən verilən yeməkləri yemirdik”.скачать dle 11.3
Mojo.az Banner