Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

2021-ci ildə dünyanın qarşılaşacağı risklər açıqlandı

06.01.2021 17:03 1 107
2021-ci ildə dünyanın qarşılaşacağı risklər açıqlandı
“Eurasia Group” Konsaltinq şirkəti 2021-ci ildə dünyanın qarşılaşacağı risk reytinqini açıqlayıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Siyahının ilk sətirini “ABŞ-ın parçalanması” tutur. Analitiklərin sözlərinə görə, Co Baydenin hakimiyyətə gəlməsi ilə birlikdə, ABŞ sakinlərinin təxminən yarısının hər növbəti dövlət başçısını qeyri-qanuni hesab edəcəyi bir dövr başlayır.

Gələn ilin ikinci əsas riski COVID-19 pandemiyasıdır. Mütəxəssislərin fikrincə, vaksinasiya fonunda cəmiyyətin varlı və kasıb təbəqələrə bölünməsi daha da artacaq və bu da bir çox ölkələrdə iğtişaşlara səbəb ola bilər.

Siyahının üçüncü sətirində, analitiklərin fikrincə, beynəlxalq rəqabətə səbəb olacaq iqlim dəyişikliyinə qarşı mübarizə dururdu.

“Eurasia Group”a görə ilin əsas riskləri arasında Vaşinqton və Pekin münasibətlərindəki artan gərginlik, məlumatların beynəlxalq formatda ötürülməsindəki çətinliklər, rəqəmsal məkanda qlobal qarşıdurma ehtimalı, Türkiyə iqtisadiyyatında siyasi nəticələrə səbəb ola biləcək problemlər, Yaxın Şərq iqtisadiyyatlarında neftin aşağı qiymətləri ilə bağlı tənəzzül, Alman Kansleri Angela Merkelin istefası, həmçinin, bir sıra ölkələrdə seçkilər və pandemiyaya görə Latın Amerikasında siyasi və sosial böhran yer alıb.скачать dle 11.3
Mojo.az Banner