12:49 Bakıda qadın tualetdə yıxılıb öldü  |     12:36 Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olundu  |     12:35 Azərbaycanda hakimlərin seçilməsi prosedurları asanlaşdırılıb  |     12:18 Ermənistan ombudsmanına qarşı icraat başladılıb  |     12:17 Kənddə işləyəcək gənc müəllimlərə əlavə 2000 manat veriləcək  |     12:05 Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb  |     12:03 DSX-dən ƏMƏLİYYAT - Saxlanılanlar var (FOTO)  |     12:02 Gələn ildən gübrələrin idxalı ƏDV-dən azad ediləcək  |     11:48 Adıyamanda və Ərzurumda zəlzələ oldu  |     11:36 Beyləqandakı mal bazarında CİDDİ NÖQSANLAR aşkarlandı  |     11:26 Bakıda marşrut avtobusunun altı gün əvvəl vurduğu piyada ölüb  |     11:25 Gələn il büdcə gəlirlərinin 44 faizi vergilərin payına düşəcək  |     11:14 İlin sonunadək iki dəfə Super Ay hadisəsi müşahidə olunacaq  |     22:54 5 ay əvvəl təyin olunan sədr 100 min manatlıq xidməti avtomobil alır  |     22:49 Səhvən 43 il həbs yatdı, azadlığa çıxan kimi həbs edildi  |     22:41 Ürək tutması barədə xəbərdarlıq: Soyuq havalara diqqət!  |     22:36 Biləsuvarda yanğınlar oldu  |     22:27 Ət alarkən bunlara diqqət yetirin - VİDEO  |     22:22 Bu televiziyalara ayrılan vəsait azalır  |     22:16 Şəkərli diabet xəstəliyinin xərclərini icbari tibbi sığorta qarşılayacaq  |    

Bu il regionlarda 100-ə yaxın əmək yarmarkası keçiriləcək

2021-ci ildə peşə hazırlığı və əlavə təhsilin təşkilinə, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə, əmək yarmarkalarının və əmək birjalarının təşkili tədbirlərinə, haqqı ödənilən ictimai işlərin həyata keçirilməsinə cəmi 12 milyon manat və ya İşsizlikdən Sığorta Fondunun ümumi xərclərinin 7,6 faizi səviyyəsində vəsait nəzərdə tutulub.

Bu barədə Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcə layihəsinə rəyində məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin 10 ayında pandemiya ilə bağlı təhsil müəssisələrində təhsilin tam dayandırılması ilə bağlı cəmi 1013 nəfər işsiz və işaxtaran vətəndaşın peşə hazırlığı təşkil edilib. 2020-ci ilin 11 ayında bu məqsədlə nəzərdə tutulan vəsaitin cəmi 1,5 milyon manatı istifadə olunub.

Peşə hazırlığının müasir çağırışlara uyğunlaşdırılması məqsədi ilə Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzinin yeni əraziyə köçürülməsi və təlim prosesinin müasir tələblərə uyğun şəkildə aparılması, təhsili bitirən müdavimlərə beynəlxalq standartlara cavab verən sertifikatların təqdim olunması istiqamətində işlərin aparılması, həmçinin Bərdə və Quba rayonlarında 2 yeni peşə hazırlığı mərkəzinin tikintisi proqnozlaşdırılır. Təqdim olunmuş məlumata əsasən 2020-ci ildə 32 min nəfərin, 2021-ci ildə isə 150 min nəfərin peşə yönümünə dair məsləhət xidmətindən yararlanması planlaşdırılır.

2021-ci ildə isə ölkədə, xüsusilə də regionlarda 100-ə yaxın əmək yarmarkasının keçirilməsi proqnozlaşdırılır.

Növbəti ildə Fondun vəsaiti hesabına 500 nəfərin “DOST-İş Mərkəzi” MMC vasitəsilə müvafiq işlərə cəlb olunması və bu istiqamətə iki milyon manat vəsaitin yönəldilməsi proqnozlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            678 05.01.21 18:52