Mojo.az Banner
11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu işsiz şəxslərə təqaüd veriləcək

13.06.2019 11:46 4 141
Azərbaycanda bu işsiz şəxslərə təqaüd veriləcək
Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nı təsdiq edib.

Qaydaya əsasən, işaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri” tərəfindən cəlb edilirlər.

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.

Peşə hazırlığına cəlb olunan şəxslər Xidmətin tabeliyindəki təhsil müəssisəsinə göndərildikdə, müvafiq kursun xərclər smetasına uyğun maliyyə vəsaiti həmin təhsil müəssisəsinin hesabına köçürülür.

Peşə hazırlığı digər təhsil müəssisələrində təşkil edildikdə, müəssisə tərəfindən təqdim olunmuş xərclər smetasına uyğun olaraq vəsait hər ayın yekununa uyğun olaraq növbəti ayın 5-dək təhsil müəssisəsinin hesabına köçürülür.

Xərclər smetası peşə hazırlığı kursları keçirilən təhsil müəssisəsi tərəfindən orada qüvvədə olan tarif üzrə, tarif olmadıqda isə Xidmətlə razılaşdırılmış müqavilə qiymətlərinə əsasən tərtib edilir.
скачать dle 11.3
Mojo.az Banner