Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? (RƏSMİ)

02.08.2025 22:41 744
Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? (RƏSMİ)
Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə məktəblərində birillik təhsil haqqının 1800-2000 manata kimi qaldırılması məsələsinə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, təhsil haqqının məbləğinin yüksəldilməsinin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr yetişdirməkdir.

Məlumatda qeyd olunub ki, cari ildə qəbul planının 75%-ni (24 280) dövlət sifarişli yerlər təşkil edib:

"Azərbaycan Respublikasının Nazirlər Kabineti "Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı"nın və "Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları"nın təsdiq edilməsi haqqında 14 iyun 2025-ci il tarixli, 192 nömrəli Qərar qəbul edib.

Adambaşına maliyyələşmə mexanizmi tətbiq edilən peşə təhsili müəssisələrində sözügüdən qərara uyğun olaraq təhsil haqları tətbiq edilib. Bundan əlavə, 2024-cü ildən etibarən yüksək texniki peşə təhsilində ödənişli plan yerləri ayrılıb. Həmin ödənişli plan yerlərində də təhsil haqları 192 nömrəli AR Nazirlər Kabinetinin qərarına uyğun olaraq tətbiq olunub".скачать dle 11.3
Mojo.az Banner