Mojo.az Banner
20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |     20:29 Kartdan-karta köçürmələrdə yeni komissiyalar: Vətəndaşları nə gözləyir? (AÇIQLAMA)  |     20:24 Süni intellekt bu işləri bizdən alır - SİYAHI  |     20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Vilayət Eyvazov polisləri təbrik etdi

30.12.2020 17:33 1 296
Vilayət Eyvazov polisləri təbrik etdi
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətini təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli həmkarlar!

Yola saldığımız 2020-ci ildə ölkəmizdə ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, digər hüquq mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə cinayətkarlığa qarşı böyük əzm və qətiyyətlə mübarizə aparılıb, asayişin və daxili təhlükəsizliyin qorunması funksiyaları layiqincə həyata keçirilib.

Möhkəm nizam-intizama, yüksək peşəkarlığa, müasir maddi-texniki imkanlara malik olan daxili işlər orqanları və Daxili Qoşunlar respublikada karantin rejiminin təmin edilməsi sahəsində də üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlib, qarşıya qoyulmuş tapşırıqların icrasında vətənpərvərliyi və anda sadiqliyi ilə fərqləniblər.

Eyni zamanda, Daxili Qoşunların hərbi qulluqçuları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində şanlı tarix yazan rəşadətli Ordumuzla birgə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə mərdlik, igidlik və cəsurluq nümunələri göstərib, orden və medallara layiq görülüblər.

Bütün bu möhtəşəm uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun Dövlət Başçısı tərəfindən müvəffəqiyyətlə davam etdirilməsinin, dinamik iqtisadi inkişafın, məqsədyönlü ordu quruculuğunun, ölkə həyatının bütün sahələrini əhatə edən köklü islahatların məntiqi nəticəsidir.

Əminəm ki, bundan sonra da vətəndaşlarımızın qanuni mənafelərinin, insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsul vəzifələri əzmlə yerinə yetirəcək, möhtərəm Prezidentin, Ali Baş Komandanın yüksək etimadını doğruldacaqsınız.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün şəxsi heyəti və hörmətli veteranlarımızı səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda yeni-yeni nailiyyətlər arzulayıram.

Bayramınız mübarək!”скачать dle 11.3
Mojo.az Banner