Mojo.az Banner
19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Postlardan keçməyə cəhd edən 6693 avtomobil geri qaytarıldı

30.12.2020 13:41 1 854
Postlardan keçməyə cəhd edən 6693 avtomobil geri qaytarıldı
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi beş şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, 2020-ci il dekabrın 29-da da bəzi vətəndaşlar tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının və tələblərinin pozulması halları aşkarlanmışdır.
Belə ki, nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 6693 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2396 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bununla belə müvafiq icazə almadan qanunsuz sərnişindaşıma ilə məşğul olmağa cəhd edən yeddi taksi sürücüsü aşkar edilərək inzibati qaydada həbs edilib. Eyni zamanda ev şəraitində müalicə təyin edilən 13 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.скачать dle 11.3
Mojo.az Banner