Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Müdafiə Nazirliyində xidməti müşavirə: Zakir Həsənov komandir-rəis heyətinə konkret göstərişlər verdi

29.12.2020 19:07 843
Müdafiə Nazirliyində xidməti müşavirə: Zakir Həsənov komandir-rəis heyətinə konkret göstərişlər verdi
Dekabrın 29-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri və birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişlərini bir daha müşavirə iştirakçılarına xatırladan Müdafiə naziri dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatların davam etdirilməsi və qarşıda duran vəzifələrin icrası ilə bağlı bir sıra tapşırıqları diqqətə çatdırıb.

General-polkovnik Z.Həsənov müşavirədə şəxsi heyətin Vətənə, dövlətə və Ali Baş Komandana misilsiz sədaqət, milli-mənəvi dəyərlər, vətənpərvərlik, milli köklərə bağlılıq və döyüş ruhunda tərbiyə edilməsinin, hərbi intizamın möhkəmləndirilməsinin vacibliyini xüsusi qeyd edib.

Müdafiə naziri şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən azad edilmiş ərazilərdə yerləşən bölmələrdə keçiriləcək döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsini tapşırıb.

Azad edilmiş ərazilərdə aparılan mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan Müdafiə naziri döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı komandir-rəis heyətinə konkret göstərişlər verib.скачать dle 11.3
Mojo.az Banner