Mojo.az Banner
22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |     20:29 Kartdan-karta köçürmələrdə yeni komissiyalar: Vətəndaşları nə gözləyir? (AÇIQLAMA)  |     20:24 Süni intellekt bu işləri bizdən alır - SİYAHI  |    
Mojo.az Avto
Mojo.az Avto

“Qarabağ üçün yarat” virtual rəsm sərgisi keçirildi

25.12.2020 16:56 1 110
“Qarabağ üçün yarat” virtual rəsm sərgisi keçirildi
Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” (Mənim yolum) Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ üçün yarat (Create for Karabakh)” adlı virtual rəsm sərgisi keçirilib.

Nazirlikdən bildirilib ki, sərginin təşkil olunmasında məqsəd Amerikada yaşayan uşaqlara Qarabağın tarixi abidələrini, işğaldan azad olunmuş şəhər və kəndlərini tanıtmaq, istedadlı uşaqları üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub.

Virtual sərgidə hər iki ölkənin məktəbliləri tərəfindən 60-a yaxın rəsm işi təqdim olunub. Rəsmlərdə Azərbaycanın tarixi abidələri, zəngin mədəni irsi və qəhrəmanlarının döyüş əzmi öz əksini tapıb. Sərginin yekunu ilə bağlı təşkil edilən tədbirdə çıxış edən “My Way” Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edib, iştirakçılara uğurlar arzulayıb.

Sərgi ilə BURADAN tanış ola bilərsiniz.
скачать dle 11.3
Mojo.az Banner