Mojo.az Banner
22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Erməni oğurluğu: Dolmadan sonra indi də xaşlama, küftə və imambayıldı - VİDEO

25.12.2020 16:01 2 880
Erməni oğurluğu: Dolmadan sonra indi də xaşlama, küftə və imambayıldı - VİDEO
Zəngin mədəniyyətimiz qonşu ölkələrlə yanaşı dünyada da yetərincə tanınır. Musiqisindən tutmuş mətbəxinə qədər Azərbaycan öz milli mədəniyyətinin özəlliyi ilə seçilir. Lakin tarix boyu bizə aid olan nə varsa ermənilər özününküləşdirməyə çalışıblar. Söhbət ermənilərin Azərbaycan və Türkiyə mətbəxini mənimsəməsindən gedir.

MDB ölkələrində və Rusiyada marketlərin satış rəflərində bir sıra hazır qablaşdırılmış erməni yeməklərinə rast gəlmək olur. Məsələ burasındadır ki, üzərində erməni milli mətbəxi yazılsa da, bu yeməklərin ermənilərə aidiyyati yoxdur. Məsələn, ermənilərin ən çox mənimsədiyi Azərbaycan mətbəxinə aid olan dolma, küftə, xaşlama, bozbaş, əcəb-sandal yeməkləridir. Son dövrlərdə isə ermənilərin saxtakarlığı pik hədə çatıb. Sırf türk mətbəxinə aid olan imambayıldı yeməyini də özlərinə aid edən ermənilər məntiqsizlikləri ilə gülünc vəziyyətə düşüblər. Adından da göründüyü kimi, imambayıldı nə erməni xalqına, nə də erməni mədəniyyətinə aid olmadığını elə adı ilə sübut edir.

Azərbaycan kulinarları, qida texnoloqları bildirirlər ki, ermənilərin qarşısı alınmadıqca onlar daha da irəli gedəcəklər. Burada əsas vəzifə elə iş adamlarının üzərinə düşür.

Maddi və mənəvi dəyərlərimizə qənim kəsilən ermənilər tarixən bu sərvətləri oğurlamaqla məşğuldurlar. Bu isə o deməkdir ki, ciddi addımların atılmasının vaxtı çoxdan çatıb, bəlkə də artıq keçir. Torpaqlarımıza sahib çıxdığımız kimi, vaxt itirmədən mətbəximizi də düşmənin əlindən almalıyıq.скачать dle 11.3
Mojo.az Banner