Mojo.az Banner
13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

"SMS" icazənin 4 saat olması ilə bağlı VACİB AÇIQLAMA

19.12.2020 21:50 1 545
Azərbaycanda "sms icazə" bildiyimiz kimi 3 saatlıq müddəti əhatə edir. Operativ Qrargahın təsdiqlədiyi karantin qaydalalarında insanlar tibbi, ərzaq ehtiyaclarını və s. bu müddətdə etməlidirlər. Çox vaxtı ayrılmış bu vaxt heç kimə bəs etmir. Bunu demək üçün avtobus dayanacaqlarına baxmaq kifayətdir. Yəni mənzil başına çatmaq üçün saatlarla dayanacaqda gözləmək və ünvana çatmaq ayrılmış həmin saata bəs edir.

"Sms icazə"nin saatının artırılacağı müzakirə mövzusudur. Yən bu müddət 4 saatı əhatə edə bilərmi?

Median.Az bildirir ki, bununla bağlı deputat Fazil Mustafa Sonxeber.az-a danışıb:

"Bu məsələlərlə bağlı səsləndirdiyimiz təklifləri nə dinləyən, nə də əhəmiyət verən var. Ona görə də bu məsələ ilə bağlı fikir söyləməyi də doğru hesab etmirəm. Biz deputat olaraq təkliflərimizi səsləndirib, veririk. Düşünürük ki, yalnız cərimələri artırmaqla məsələ həll olunmaz. Vətəndaşıların bütün kateqoriyasını düşünmək lazımdı. Bü gün kiminsə işlətdiyi mağazaya 3 saat müddətində müştəri daxil ola, ya olmaya. Bunu bağlamağın nə əhəmiyyəti var?

Sms icazənin 4 saat olması məsələsi bir az əsaslandırılmış məsələdir. Avtobus gözləmək, postlardan keçmək xeyli vaxt aparır. Bizdə ictimai nəqliyyat və başqa sektorlar elə də mükəmməl vəziyyətdə deyil ki, vətəndaşın Avropada olduğu kimi hansısa vaxt müddətində harasa çatmasını təmin etsin. Hər halda müəyyən məhdudiyyətlər lazımdır, amma bu məhdudiyyət ciddi şəkildə düşünülməlidir ki, insanlar yoxsullaşmasın. Fərdi qaydada çalışan yüzlərlə insan var. Onlar bir gün işləməyəndə və evinə çörək apara bilməyəndə ona sosial müavinət da verilmir. Nəticədə, bu adam ac qalmalıdır. İnsan da ac qalanda xəstələnir.

Mürəkkəb məsələdir. Məsələnin sistemli, daha oturuşmuş qaydada tətbiq edilməsi ənənəsi hiss olunmur. Belə olsaydı, cəmiyyətdən gələn təklifləri diqqətlə izləyib, qərarlar verərdilər. Optimal qərarların verilməsi lazımdır ki, əhali həm virusdan qorunsun, həm də maddi cəhətdən yoxsullaşmasın".скачать dle 11.3
Mojo.az Banner