Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

İşığın və qazın limiti ləğv edilə bilər - AÇIQLAMA

14.10.2021 22:16 762
İşığın və qazın limiti ləğv edilə bilər - AÇIQLAMA
Bildiyimiz kimi, komunaldan limitlə istifadə olunur. Artıq havalar soyumağa başlayıb və qışa çox az vaxt qalıb. İnsanlar isə qış gəlmədən artıq işığın limitinin bitməsindən haqlı olaraq narazıdırlar.

Median.Az
bildirir ki, məsələ ilə bağlı sonxeber.az-a deputat Vahid Əhmədov açıqlama verib.

O bildirib ki, bu məsələ mütləq müzakirə obyektinə çevrilməlidir:

"Bununla bağlı hazırda bir söz demək çox çətindir. Çünki bu məsələ müzakirə olunmayıb, mən də bu məsələ ilə bağlı fikir bildirməmişəm.
Ola bilər ki, müəyyən qurumlarla danışmağa ehtiyac var. Mən bu fikirlə razıyam. Çünki artıq qarşıdan qış gəlir və o limit kifayət qədər çox deyil.
İnsanların büdcəsi üçün bu, çox ziyandır. Əlbəttə ki, ehtiyac varsa, o limitə baxılmalıdır. Amma nəzərinizə çatdırım ki, biz 2022-ci ilin dövlət büdcəsini müzakirə edəcəyik. Orada sosial paket çox güclüdür. Lakin o paketdə nəyin olub-olmamasından xəbərdar deyiləm. Çox güman ki. müzakirələrdə bu məsələlərə biz toxunacağıq.

Ümümiyyətlə, limitin aşağı olduğu barədə fikirlərlə razıyam. Çünki qış aylarında əksər evlərdə kifayət qədər kombi istifadə olunduğu üçün o limit çox azdır. Kombilər kifayət qədər enerji sərf etdiyinə görə verilən limitin öhdəsindən heç bir ailə gələ bilməz".скачать dle 11.3
Mojo.az Banner