Mojo.az Banner
21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Gələcək Azərbaycan Partiyası dövlət qeydiyyatına alınıb

15.12.2020 20:15 807
Gələcək Azərbaycan Partiyası dövlət qeydiyyatına alınıb
Ədliyyə Nazirliyində Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qazandığı şanlı Qələbəyə həsr olunan kollegiya iclası keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, iclasda ədliyyə naziri Fikrət Məmmədov işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı ölkə Prezidentinin 24.11.2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı çərçivəsində nazirlik tərəfindən görülən işlər, habelə yeni yaradılmış Qarabağ regional ədliyyə idarəsinin fəaliyyətinin təşkili üzrə tədbirləri diqqətə çatdırıb.

Post-konflikt dövründə ədliyyə orqanlarının qarşısında duran vəzifələr müzakirə olunaraq fəaliyyətin Əlaqələndirmə Qərargahı ilə koordinasiyada qurulması, müvəqqəti xüsusi idarəetməni həyata keçirən komendantlıqlarla əlaqəli fəaliyyətin genişləndirilməsi, törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlər barədə təhlillərin aparılması, hüquqi məsuliyyət tədbirlərinin müəyyən edilməsi, bu işə yerli və xarici QHT-lərin cəlb olunması tapşırılıb.

Həmçinin işğal nəticəsində ərazilərimizə, o cümlədən ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi, onların fəaliyyətinin bərpası, müvafiq məhkəmələrin yaradılması ilə bağlı nazirliyin vəzifələri və digər konkret tədbirlər müəyyən edilib.

İclasda qeydiyyat məsələlərinə də baxılıb. Gələcək Azərbaycan Partiyasının müraciəti əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu nazirlikdə öyrənilərək Kollegiyada partiyanın, habelə bir sıra qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə qərar qəbul olunub.скачать dle 11.3
Mojo.az Banner