Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

AzTV şəhid yaxınlarına və qazilərə müraciət etdi - FOTO

15.12.2020 16:18 969
AzTV şəhid yaxınlarına və qazilərə müraciət etdi - FOTO
Azərbaycan Televiziyası Vətən Müharibəsinin şəhidlərinin, qazilərin ailələrinə və onların yaxınlarına müraciət edib.

AzTV-dən verilən məlumata görə, telekanal Vətən Müharibəsi qəhrəmanlarından heç birinin diqqətdənkənar qalmamasına çalışır. Bunun üçün isə onların ailə və yaxınlarının köməyinə ehtiyac var:

“AzTV müharibə şəhidlərinin olduğu ilk günlərdən onlarla bağlı materiallar dərc edir, qəhrəmanların və ailələrinin cəmiyyətdə tanıdılması istiqamətində fəaliyyət göstərir. Həmçinin, qazilərimizi də diqqətsiz qoymamışıq. Onların yatdığı xəstəxanalardan dəfələrlə reportajlar vermiş, özləri və ailələri ilə bağlı süjetlər yayımlamışıq.

AzTV hər bir şəhid və qazimizlə bağlı süjet hazırlamağı başlıca vəzifə hesab edir. İstər “AzTV Xəbər”də, istərsə də ictimai-siyasi, sosial, hərbi verilişlərdə onlarla bağlı bir neçə reportaj yayımlanır.

Əziz şəhid ailələri! Qəhrəman övladınızı bütün Azərbaycan xalqının tanımasını istəyirsinizsə, bizə müraciət edin. Komandamız ailənizdən, həmçinin şəhidimizin həyatından bəhs edən süjetlər hazırlasın, Vətən Müharibəsi qəhrəmanlarını hamıya birlikdə tanıdaq.

44 günlük müharibənin qaziləri, sizi də unutmamışıq! Özünüz, müharibədə göstərdiyiniz qəhrəmanlıq, şücaətdən hər kəsin xəbərdar olmağını istəyirsinizsə, siz də AzTV-yə müraciət edin.

Müraciət üçün təqdim etdiyimiz nömrəyə mesaj yazmağınızı xahiş edirik: (+994) 50 408-83-90. Mesajda şəhidin və ya qazinin adı, soyadı, çəkiliş olunacaq ünvanı və əlaqə nömrəsini qeyd etməyiniz xahiş olunur”.

Son xəbərlər