Bakıda gənc əlbəyaxa dava zamanı bıçaqlandı
APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Məhəmmədli Mehran Hüseyn oğlu tanıdığı şəxslə əlbəyaxa dava edərkən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.