Mojo.az Banner
11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Ruhani İranın nüvə aliminin qətlində İsraili ittiham edib

28.11.2020 14:34 1 617
Ruhani İranın nüvə aliminin qətlində İsraili ittiham edib
İranın Prezidenti Həsən Ruhani İranın nüvə alimi Möhsün Fəxrizadənin qətlində İsraili ittiham edib.

Bu barədə “Reuters” xəbər yayıb.

Dövlət başçısı bu cinayətin ölkənin nüvə sənayesinin inkişafını ləngitməyəcəyini söyləyib.

“Şəhid Fəhrizadənin qətli düşmənlərimizin ümidsizliyini və nifrətlərinin dərinliyini göstərir... Onun şəhid olması qazandığımız uğurları dayandırmayacaq”, - deyə Ruhani bildirib.

Bundan əvvəl İranın Müdafiə Nazirliyi Fəxrizadənin qurumun nəzdindəki tədqiqat və innovasiya təşkilatının rəhbəri olduğunu təsdiqləmişdi.

Noyabrın 27-də Fəxrizadə silahlı hücuma məruz qalıb. Mühafizəçiləri ilə hücumçular arasında baş verən toqquşma zamanı ağır yaralanan alim xəstəxanada ölüb.

Hücum Tehran vilayətinin Absard şəhərində baş verib.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif nüvə aliminin qətlində İsrailin iştirakına dair dəlillərə işarə edib. Nazir eyni zamanda beynəlxalq birliyi, xüsusilə Avropa İttifaqını ikili standartlar siyasətinə son qoymağa və dövlət terrorizmi aktını qınamağa çağırıb.скачать dle 11.3
Mojo.az Banner