Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların həcmi artıb

19.11.2020 14:20 1 119
Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların həcmi artıb
Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların həcmində artım müşahidə olunub.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, bu il ölkəmizdən Türkiyəyə 2 milyard 319,8 milyon dollar dəyərində məhsul ixrac edilib. Ötən ilə nisbətən Türkiyəyə ixrac edilən məhsulların həcmi 0,22 faiz və ya 5,1 milyon dollar artıb.

Müvafiq dövr ərzində Türkiyədən Azərbaycana 1 milyard 271,9 dollar həcmində məhsul idxal olunub. İdxal həcmi ötən ilin eyni dövrü il müqayisə 4,1 faiz və ya 54,9 milyon dollar azalıb.

Bu il ərzində Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 3 milyard 591,7 milyon dolları təşkil edib. Ümumi ticarət dövriyyəsinin həcmi ötən ilə nisbətən 1,4 faiz azalıb.

Türkiyə Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr renkinqində İtaliyadan sonra II yerdədir. Eləcə də, ixracda əsas ölkələr renkinqində İtaliyadan sonra, idxalda əsas ölkələr renkinqində isə Rusiyadan sonra ikincidir.

Qeyd edək ki, ötən il Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 3 milyard 641,5 milyon dollar olub.скачать dle 11.3
Mojo.az Banner