Mojo.az Banner
15:41 May ayının son gününə olan hava proqnozu açıqlanıb  |     15:35 "Real Madrid" "Barselona"nın heyyətinə qatmaq istədiyi futbolçunu İSTƏYİR - Yeni siyahı  |     15:18 Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq  |     15:17 ÇL-in finalına hansı kanallarda baxaq?  |     15:07 Qabiliyyət imtahanlarına qeydiyyat üçün son günlər  |     15:01 Qaxda 4 tondan artıq çətənə kolu aşkar edilib  |     14:51 Bakıda cinayətkar dəstə SAXLANILDI: İkisi qardaşdır - VİDEO  |     14:48 Kredit yükü ağırlaşır: Vətəndaş borcunu ödəyə bilməyəndə nə baş verir?  |     14:24 Sərhəddə ƏMƏLİYYAT: Narkotik və yüzlərlə psixotrop həb ələ keçirildi  |     22:59 Putin Ermənistanı hədələdi: Ukraynadakı böhran da belə başlamışdı  |     22:53 Murad Dadaşov oğluna toy edir  |     22:45 Övladlarımızı rəqəmsal mühitdən necə qorumalıyıq? - VİDEO  |     22:38 FAKTİKİ HAVA: Bir çox rayonlara dolu düşüb, intensiv yağıntı müşahidə edilir  |     22:30 Leyla Əliyeva övladları ilə - Video  |     22:23 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     22:15 Niderland hökuməti reper Kanye Uestlə bağlı qərarını verdi  |     22:07 Azərbaycanda məktəb direktoru vəfat etdi  |     22:01 Günəşdə güclü partlayış baş verib  |     21:52 Dağıstanda 40-dan çox yaşayış məntəqəsi işıqsız qalıb  |     21:45 Beş ildən sonra bu sənət sahiblərinə ehtiyac qalmayacaq  |    
Left Banner
Right Banner

Ceyhun Bayramov və İordaniyanın Xarici İşlər və Mühacir Məsələləri naziri telefonla danışıb

13.11.2020 20:58 1 083
Ceyhun Bayramov və İordaniyanın Xarici İşlər və Mühacir Məsələləri naziri telefonla danışıb
2020-ci ilin 13 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir Məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı baş tutdu.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər arasında bölgədəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyanatın imzalanması məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov birgə bəyanatın beynəlxalq hüquq normaları və BMT TŞ qətnamələrinə əsaslandığını vurğulayıb.

İordaniya naziri Əymən Əs-Safadi münaqişə bölgəsində tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən razılaşmanı alqışlayıb. Bölgədə dayanıqlı sülhün təmin olunması üçün beynəlxalq hüquq normalarına hörmət edilməsinin vacibliyini qeyd edib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.скачать dle 11.3
Mojo.az Banner