Mojo.az Banner
16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |     16:06 Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO  |     15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş Nazir Əli Əsədov beynəlxalq ağacəkmə aksiyasında iştirak edib

11.11.2020 22:30 1 053
Baş Nazir Əli Əsədov beynəlxalq ağacəkmə aksiyasında iştirak edib
Bu gün Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə keçirilmiş, Yaxın Şərq, Balkanlar, Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Afrika ölkələrini əhatə edən “Gələcəyə nəfəs ol!” beynəlxalq ağacəkmə kampaniyasında iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Hökuməti üzvlərinin iştirakı ilə Abşeron rayonu Xocasən qəsəbəsində təşkil edilən tədbir çərçivəsində 11 hektar ərazidə 11 min ağac əkilib.

Ankara ilə Bakı arasında canlı bağlantıda Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanla söhbət zamanı Baş Nazir Əli Əsədov başda Prezident R.T.Ərdoğan olmaqla Türkiyə rəhbərliyini və bütün qardaş Türkiyə xalqını Azərbaycanın Qələbəsi ilə əlaqədar verdikləri dəstəyə, göstərdikləri həmrəyliyə görə təşəkkürünü bildirib.

30-dək ölkəni əhatə edən ağacəkmə aksiyası Azərbaycanın bütün bölgələrində də təşkil edilib və on minlərlə ağac əkilib.

Kampaniya, həmçinin Füzuli rayonun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də keçirilib.

Kampaniya zamanı Azərbaycan, Bosniya və Herseqovina, İraq, Liviya, Malta, Monteneqro, Qazaxıstan, Gürcüstan, Ukrayna, Serbiya, Əfqanıstan, Özbəkistan və Albaniya da daxil olmaqla 70 ölkə təmsilçisinin iştirakı ilə ağaclar əkilib.скачать dle 11.3
Mojo.az Banner