Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Viktor Muraxovski: “Razılaşmanın imzalanmasında həlledici rolu Şuşa şəhərinin işğaldan azad edilməsi oynadı”

10.11.2020 23:50 1 101
Viktor Muraxovski: “Razılaşmanın imzalanmasında həlledici rolu Şuşa şəhərinin işğaldan azad edilməsi oynadı”
“Bu müqavilələr iki saata hazırlanmayıb. Belə bir ifadə var: “Sən xoş söz və silahla sadəcə xoş sözlə nail olduğundan daha çoxuna çata bilərsən”. Əlbəttə ki, razılaşmanın imzalanmasında həlledici rolu Şuşa şəhərinin işğaldan azad edilməsi oynadı. Bu, strateji cəhətdən Dağlıq Qarabağı fəlakətin astanasına saldı və müqavilənin imzalanması üçün tətik rolunu oynadı”.

Bu sözləri Media.Az-a açıqlamasında rusiyalı ictimai və siyasi xadim, ehtiyatda olan polkovnik, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının eksperti Viktor Muraxovski deyib.

“Bəli, Ermənistan hansısa mənada fayda götürüb. Çünki müharibədə faktiki məğlubiyyətə baxmayaraq, Qarabağa nəqliyyat dəhlizləri saxlanılır. Ancaq məsələ başqadır. Əgər İrəvanda Dağlıq Qarabağ uğrunda vuruşmağı bu qədər istəyirdilərsə, onlar özləri nə üçün süparatçı "dövləti" tanımadılar? Ümumiyyətlə isə mötəbərliyini döyüş meydanında sübuta yetirmək, döyüşə hazır olduğunu göstərmək lazımdır”, - deyə ekspert qeyd edib.скачать dle 11.3
Mojo.az Banner