Alimlər koronavirusdan sağalmış insan orqanizmində antitelin qalma müddəti istiqamətində tədqiqatları davam etdirirlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Nikahdankənar doğuş hallarının fantastik artması - Çıxış yolu nədir?  |     22:57 Azərbaycan XİN Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır  |     22:50 Rusiya bu yarışa da buraxılmayacaq  |     22:41 600-ə yaxın tələbə ödənişsiz təhsil alma hüququ qazandı  |     22:36 “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb  |     22:29 Zlatan İbrahimoviç özünü tanrı adlandırdı  |     22:22 Yumurta ötən illə müqayisədə ucuzdur?  |     22:17 Ölkədə bəzi məhsullar bahalaşdı (SİYAHI)  |     22:10 Azərbaycanın tikinti şirkəti faktiki müflis olub  |     22:01 Ronaldo hansı avtomobillərdə gəzir? (SİYAHI)  |     21:56 Deputat: Ayın 1-i məktub yazırsan, qəsdən gözləyib sonunda cavab verirlər  |     21:47 Azərbaycan və Türkiyə SAT-SAS üzrə ikitərəfli xüsusi təlimlər keçirəcək  |     21:39 Çexiyada hərbi obyektlər üzərində naməlum PUA-lar müşahidə edilib  |     21:32 "Araz-Naxçıvan" yoxlama matçı keçirib  |     21:25 Aİ üçüncü ölkələr üçün viza rejimini sərtləşdirmək niyyətindədir  |     21:20 Gürcüstanda 4 oktyabr hadisələri ilə bağlı saxlanılan 7 nəfərə həbs qətimkan tədbiri seçilib  |     21:13 Azərbaycanda orta aylıq əməkhaqqı 10 %-ə yaxın artıb  |     21:08 Bakıda avtomobilin vurduğu 57 yaşlı kişi 19 gün sonra ölüb  |     21:00 Lənkəranda avtomobildən külli miqdarda narkotik aşkarlanıb  |     20:55 DİM: Əlavə müsabiqənin nəticələrinə görə 584 bakalavr ödənişsiz təhsil alacaq  |    

Alimlər koronavirusdan sağalmış insan orqanizmində antitelin qalma müddəti istiqamətində tədqiqatları davam etdirirlər

Amerikalı həkimlər koronavirusdan sağalmış insan orqanizmində antitelin tez yoxa çıxmasına şübhə ilə yanaşıblar. Onların bu qənaətə gəlməsinə səbəb 2020-ci ilin birinci yarısında Nyu-Yorkda COVID-19 xəstəliyi olan pasiyentlər üzərində aparılmış müşahidələr olub. Tədqiqatın nəticələri "Nature" jurnalında dərc edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçıların sözlərinə görə, həm xəstəxanaların təcili yardım bölmələrində yerləşdirilən, həm də planlı şəkildə tibbi yardıma müraciət edən pasiyentlərdə antitelin aşkarlanmasına dair müşahidə aparılıb. Hər iki qrupdan olan insanların orqanizmində antitelin konsentrasiyası müntəzəm şəkildə artıb və may ayında pik həddə çatıb, iyula qədər isə sabit qalıb.

Epidemiyanın başlanğıcından bəri yeni növ koronavirusa qarşı insan orqanizminin uzunmüddətli immunitet qazanıb-qazanmayacağı barədə mübahisələr davam edir. Bunu bilmək vaksinasiya planlaşdırılması və SARS-CoV-2 virusuna qarşı kollektiv immunitetin yaranıb-yaranmayacağını anlamaq baxımından vacibdir.

Avropa ölkələrində bu qəbildən aparılan ilk uzunmüddətli müşahidələr göstərir ki, təbii yolla kollektiv immunitet çətin ki yarana. Əlavə olaraq Harvard Universitetindən alimlər izah ediblər ki, yeni növ koronavirus ona qarşı uzun müddət antitel hasil edə bilən hüceyrələrin yaranmasına mane olur. Buna görə də həkimlər və bioloqlar xəstəlikdən sağalmış orqanizmdən antitelin nə dərəcədə tez yoxa çıxmasını öyrənməyə başladılar. Maunt-Sinay (ABŞ) xəstəxanasının Tibb Məktəbinin professoru Florian Krammerin rəhbərliyi ilə aparılmış tədqiqatın nəticələri bunun heç də belə olmadığını göstərib. Onlar Nyu-York həkimlərinin COVID-19-un yazda pik həddi və ondan sonrakı dövrdə topladıqları məlumatları təhlil ediblər.

Bu ilin fevralından Maunt-Sinay xəstəxanasının və Nyu-Yorkun digər klinikalarının həkimləri müalicə edilmiş və müayinədən keçmiş bütün pasiyentlərin qan nümunələrini toplayıb və dondurublar. Bunun nəticəsində, SARS-CoV-2 virusuna qarşı antitel üçün dəqiq test yarananda alimlər həmin pasiyentlər arasında neçə nəfərin koronavirus daşıyıcısı olduğunu müəyyənləşdiriblər. Ümumilikdə Krammer və onun həmkarları fevralın 9-dan iyulun 5-dək toplanmış on mindən çox belə nümunəni analiz ediblər. Alimlər analiz üçün pasiyentlərin məlumatlarını iki qrupa ayırıblar. Birinci qrupa reanimasiyaya və ya xəstəxananın təcili yardımı bölməsinə yerləşdirilənlər, ikinci qrupa rutin müayinə və ya ambulator müalicə alanlar daxil edilib.

Bu göstəriciləri müqayisə edən həkimlər koronavirusun simptomsuz daşıyıcılarının Nyu-York ərazisində nə qədər çox olduğunu başa düşməyə çalışıblar. Çünki Nyu-York ABŞ-ın koronavirusdan daha çox əziyyət çəkən şəhəri olub. Tədqiqatçılar, həmçinin koronavirusun ağır və yüngül formalarında immun reaksiyanın fərqli olub-olmadığını anlamağa çalışıblar.

Analiz göstərib ki, Nyu-York ərazisində SARS-CoV-2 virusuna yoluxmanın ilk halları hələ fevralın ortalarında baş verib, halbuki infeksiyanın sənədləşdirildiyi yoluxma halı martın əvvəlinə aiddir. Virus şəhər əhalisi arasında martın sonunda geniş yayılıb: o zaman "ambulator" qrupuna aid pasiyentlərdə antitel 2-3 faizdən 11-19 faizə çatıb. Hər iki qrupda antitel pik həddə - 20 faizə may ayında çatıb. Ondan sonra antitelin konsentrasiyası üç ay ərzində yüksək sabit həddə qalıb. Bunu nəzərə alan alimlər güman edirlər ki, SARS-CoV-2 virusuna qarşı immunitet heç də digər alimlərin güman etdiyi kimi tez itmir. Krammer və onun komandası Nyu-York əhalisindən gələcəkdə götürüləcək qan nümunələrinin analizinin bu suala dəqiq cavab verə biləcəyinə ümidvardır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 635 04.11.20 23:26