Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə Gənclər Fondu Azərbaycanla həmrəyliyini bəyan etdi

02.11.2020 19:08 1 461
Türkiyə Gənclər Fondu Azərbaycanla həmrəyliyini bəyan etdi
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Türkiyə Gənclər Fondu (TÜGVA) ölkəmizdə bir neçə günlük səfərdədir.

Məqsəd, iki ölkənin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin, Ermənistan silahlı qüvvələrinin təxribat, terror əməllərinin qardaş ölkədən olan gənclərə çatdırılması və ortaq fikir mübadiləsinin aparılmasıdır.

Səfərin ilk günündə – 2 noyabr tarixində TÜGVA-nın idarə heyətinin üzvlərinin Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Dövlət Diaspora Komitəsinin nümayəndələri ilə görüşü baş tutub. Elə həmin gün iki ölkənin gəncləri arasında “I Azərbaycan-Türkiyə Gənclər Forumu” keçirilib.

Görüşdə Azərbaycandan olan müxtəlif gənclər təşkilatlarının nümayəndələri və Türkiyədən olan gənclərdən ibarət nümayəndə heyəti iştirak edib.

Bununla yanaşı, qardaş ölkədən bir qrup gənc foruma onlayn formada qatılıb. Forumda gəncləri narahat edən bir çox məsələlər, eləcə də ümummilli maraqlara dayanan mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Türkiyə və Azərbaycandan olan gənclərin gələcəkdəki əməkdaşlığına, eləcə də Ermənistanın cinayət əməlləri pislənərək, dünya ictimaiyyətinə çatdırılmasına və bu istiqamətdə gənclərin üzərinə düşən öhdəliklərə dair bəyanat qəbul edilib.

Qeyd edək ki, ölkəmizdə səfərdə olan Türkiyə Gənclər Fondunun nümayəndələri növbəti gün Bərdə və Gəncə şəhərlərinə səfər edəcəklər.скачать dle 11.3
Mojo.az Banner