Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:28 Bakıda ağac maşının üzərinə aşdı | 13:27 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib | 13:27 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü | 13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü |
Mojo.az Avto
Mojo.az Avto

VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib - FOTO

22.12.2020 21:56 1 047
VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib - FOTO

Bu gün onlayn formatda VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirildi. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və Rusiya Gənclər və Uşaq Təşkilatlarının Milli Şurasının sədri Qriqoriy Petuşkovun sədrliyi ilə keçirilən forumda iki ölkənin parlament üzvləri, dövlət qurumlarının, ali təhsil müəssisələrinin, media və gənclər təşkilatlarının nümayəndələri iştirak edirdilər. Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin müavini Yelena Drujinina forumda giriş sözü ilə çıxış edərək Azərbaycanda və Rusiyada həyata keçirilən dövlət gənclər siyasəti, iki ölkə arasında olan dostluq münasibətləri, iqtisadi və humanitar sahədə reallaşdırılan layihələr haqqında ətraflı məlumat verdilər.

Azərbaycan Respublikası Milli Məclisin üzvləri Şahin Seyidzadə və Emin Hacıyev, Rusiya Federasiyası Dövlət Dumasının üzvü Natalya Kuvşinova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri Elnur Əliyev və “Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlığı, o cümlədən, siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar və təhsil istiqamətlərində intensiv siyasi dialoqun və praktiki əməkdaşlığın mövcud olması haqqında danışdılar.

Daha sonra forum 2 plenar bölmə üzrə işini davam etdirmişdir. 1-ci bölmənin mövzusu “Azərbaycan Respublikasının və Rusiya Federasiyasının gənclər təşkilatları arasında əməkdaşlığın reallıqları və perspektivləri”, 2-ci bölmənin mövzusu isə “Mədəniyyətlərarası dialoq. Tarixi və mədəni irsin qorunması” oldu. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və 30-dan artıq gənclər təşkilatının nümayəndələri plenar bölmələrdə çıxış edərək, həyata keçirlən layihələr haqqında məlumat verib, təcrübə və fikir mübadilələri apardılar. Forumun yekununda iştirakçılar iki ölkə gəncləri arasında əməkdaşlığın gücləndirilməsinə dair təkliflər səsləndirdilər.

Qeyd edək ki, VIII Azərbaycan-Rusiya Gənclər Forumu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Rusiya Gənclər və Uşaq Təşkilatlarının Milli Şurasının birgə təşkilatçılığı ilə keçirildi.











Son xəbərlər