Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |    
Mojo.az Avto
Mojo.az Avto

Fransa sərhəd nəzarətini gücləndirir

02.11.2020 18:17 978
Fransa sərhəd nəzarətini gücləndirir
Fransada son bir ay ərzində baş verən bir sıra terror hücumları ilə bağlı hökumət sərhəd nəzarətini gücləndirmək və islam fundamentalizmində şübhəli əcnəbiləri ölkədən çıxartmaq qərarına gəlib.

Median.Az
xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Jerald Darmanın BFM TV-yə müsahibəsində son bir ayda islam fundamentalizmində şübhəli sayılan 16 nəfəri ölkədən çıxartdıqlarını, həmçinin şübhəli vəziyyət yarandıqda başqa əcnəbiləri həbs etmək üçün yerlərə göstəriş göndərildiyini qeyd edib.

Nazir həmçinin yaxın günlərdə Tunis, Əlcəzair və Rusiyaya səfər edərək bu ölkələrdən olan islamçıların Fransadan geri qəbul etmələrinə dair danışıqlar aparacaqlarını da diqqətə çatdırıb.

"Terrorçuluğun milliyyətə və ya irqə dəxli yoxdur”, - nazir vurğulayıb.

Qeyd edək ki, Fransa prezidenti Emanuel Makron Tunis və Əlcəzair prezidentlərilə telefon söhbətləri zamanı bu məsələni müzakirə edib.

Ötən cümə axşamı Nis şəhərindəki kilsədə 21 yaşlı tunisli miqrant İbrahim İsəvi tərəfindən üç nəfərin qətlə yetirildiyi hadisəsindən sonra ölkədə terrorla bağlı ən yüksək hazırlıq səviyyəsi elan edilib, ölkədə strateji məkanlarda keşik çəkmək üçün 3 mindən 7 minədək hərbçi, 3 500 polis və jandarma cəlb edilib.

Son xəbərlər