Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kafe və mağazalardan oğurluq edən üç qardaş saxlanılıb - FOTO

02.11.2020 13:33 1 380
Bakıda kafe və mağazalardan oğurluq edən üç qardaş saxlanılıb - FOTO
Səbail rayonu 20-ci sahə ərazisində yaşayan Ramin Tağıyev polisə müraciət edərək bildirib ki, ona məxsus mağazanın giriş qapısı naməlum şəxslər tərəfindən sındırılaraq içəridən 300 manat pul və 1700 manat dəyərində müxtəlif tütün məmulatları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı dərhal Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri Vüsal, Namiq və Zamiq Vəliyev qardaşları saxlanılıblar. Onlar ifadələrində Səbail rayonunda daha iki mağaza və bir kafedən kosmetik vasitələr, ətirlər, televizor və ərzaq məhsulları oğurladıqlarını bildiriblər. Qardaşlar oğurluq etdikləri dörd obyektə ümumilikdə 6000 manata yaxın maddi ziyan vurublar.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 8-ci Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Vüsal, Namiq və Zamiq Vəliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu şəxslərin digər qanunsuz əməllərindən zərərçəkən vətəndaşlar varsa Səbail RPİ-nin 8-ci Polis Bölməsinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Son xəbərlər