Mojo.az Banner
16:03 Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb  |     15:54 Prezidentin yüksək vəzifəyə təyin etdiyi Osman Xaliyev KİMDİR? - DOSYE  |     15:49 Xırdalanda şüşə balkon qırıldı, qadının başına düşdü - Video  |     15:22 Azərbaycana ilk qar yağacaq - Bu tarixdə  |     15:14 Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ  |     15:12 Bakıda məhkumun həbsdən əvvəl gizlətdiyi "Kalaşnikov" avtomatı tapılıb  |     13:36 Bakıda məhkuma aid silah-sursat aşkarlandı  |     13:21 Metroda gediş haqqı artırılacaq? - RƏSMİ  |     13:19 Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz  |     13:17 Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO  |     13:15 Əməkdar artist insult keçirib: VƏZİYYƏTİ AĞIRDIR  |     13:14 Tərtərdə güllələnən şəxs istixananın briqadiri imiş - TƏFƏRRÜAT (Yenilənib)  |     13:11 Yer kürəsində yeni maqnit qasırğası gözlənilir  |     13:10 Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ  |     13:09 Nepalda matəm günüdür  |     13:08 Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var  |     13:07 Bacısının sevgilisini öldürən yeniyetmə: "Onların fotosunu "TikTok"da gördüm..." - TƏFƏRRÜAT  |     13:06 600 bal toplayan abituriyent niyə kəsilir? – Mütəxəssisdən açıqlama  |     13:05 Putinin qaz kəmərinin adını dəyişməsi Çində çaşqınlıq yaratdı  |     13:03 Diplom var, amma ixtisas üzrə iş yoxdur – Açıqlama  |    
Left Banner
Right Banner

Prezidentdən Qarabağla bağlı qərəzli sual verən alman jurnalistə tarix dərsi: “Bavariya sizin üçün önəmlidir?”

31.10.2020 15:29 1 470
Prezidentdən Qarabağla bağlı qərəzli sual verən alman jurnalistə tarix dərsi: “Bavariya sizin üçün önəmlidir?”
“Elzas-Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsində “Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualının cavabında bildirib.

Prezident bildirib ki, bu, resurslar məsələsi deyil:

“Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

“Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”, - deyə İ.Əliyev qeyd edib.

Prezident vurğulayıb ki, biz heç bir muxtar rayon razılığına gəlməmişik:

“Xeyr. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Bu, birincisi. Biz bu razılığa gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər.

İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız. Yaxşı. Biz dəyişdik reallıqları. İndi onlar bunları nəzərə almalıdır və bu, 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib.

Ona görə indi biz müzakirələr aparmalıyıq və yeri gəlmişkən, Ermənistan hazır olduğu təqdirdə biz danışıqların yeni mərhələsinə başlamaq və danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün Xarici İşlər nazirimizi sabah Cenevrəyə göndərməyə hazırıq. Lakin bunun üçün Ermənistan dayanmalıdır. Onlar bu aylar ərzində həmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və bu da onların məğlubiyyətinin əsas səbəbidir”.скачать dle 11.3
Mojo.az Banner