Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN-dən ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə müraciət

29.10.2020 20:02 1 008
DİN-dən ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə müraciət
Son vaxtlar paytaxt ərazisində fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan lazımi qaydada istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir.

DİN-dən "Report"a verilən məlumata görə, sərnişinlərin sosial məsafə gözləmədən bir-birləri ilə yaxın təmasda olmaları, qoruyucu tibbi maskalardan istifadə etməmələri onların koronavirus (COVID-19) infeksiyasına kütləvi şəkildə yoluxma riskini artırır.

Son bir neçə gündə ölkə ərazisində yoluxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorlarla əlaqəli olması ehtimal edilir ki, bu da ictimai nəqliyyatda təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı inzibati təsir tədbirlərinin daha ciddi şəkildə tətbiqini zəruri edir.

Qeyd olunanlarla əlaqədar xüsusi karantin rejimi qaydalarına riayət etməyən hərəkət iştirakçılarını inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdar edir və ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən bir daha xahiş edirik ki, özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə avtobuslarda sosial məsafə saxlamaqla mütləq qaydada tibbi maskalardan istifadə etsinlər.скачать dle 11.3
Mojo.az Banner