FHN-in rəhbər heyəti Bərdə rayonundadır
Xəbər verildiyi kimi, bu gün Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Hazırkı vəziyyətə görə, nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.
"Report" xəbər verir ki, hadisə ilə bağlı hazırda Fövqəladə Hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev Bərdə rayonundadırlar.
Nazir müavinləri raket zərbələrinin hədəfinə gəldiyi obyektlərə baxış keçirib, vətəndaşlarla görüşüb, yaralılara baş çəkiblər.