Mojo.az Banner
18:09 Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO  |     17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |     15:47 “Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”  |     15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |     15:11 Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı  |     15:09 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR  |     13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

“Bizi Vətən çağırdı”: Zəfərlə dolu 30 gün... - VİDEO

27.10.2020 14:29 1 494
“Bizi Vətən çağırdı”: Zəfərlə dolu 30 gün... - VİDEO
Cəbhədə törədilən erməni təxribatına layiqli cavab verən Azərbaycan ordusu erməni hərbi birləşmələrini darmadağın edərək, işğalda olan əraziləri mənfur düşməndən təmizləyir. Böyük qələbəyə doğru gedən yolda bir ayı geridə qoyan şanlı ordu Ali Baş Komandanın rəhbərliyi altında əsl tarix yazır.

Cəbhədə şiddətli döyüşlərin başlamasından bir ay ötür. Keçən bu müddət vaxt baxımından qısa olsa da, düşmənə vurulan zərbələrin miqdarı bir o qədər böyükdür.

Bu gün ən müasir silahlarla təchiz edilən Azərbaycan ordusu düşmənin istənilən hərbi texnikasını məhv etmək iqtidarındadır. Müzəffər ordunu Ermənistanın pərakəndə hərbi birləşmələrindən fərqləndirən ən başlıca cəhət də məhz budur.

Döyüşlər başlayan müddətdən keçən bir ay bizi həm də qalib xalq olaraq dünyaya tanıtdı və mübarizə əzmimizi özümüzə qaytardı. Dövlət, xalq və ordu həmrəyliyi isə özünün ən pik həddinə çatıb. Bir aydır davam edən müharibə Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə möhkəmlənməsinə səbəb olub.

Son bir ay həm də onu göstərdi ki, erməni vətəndaşları Paşinyana yalnız sağ ikən və döyüşmək üçün lazımdır. Belə olmasa idi, baş nazir öz cəsədlərini götürmək üçün Azərbaycanın verdiyi humanitar atəşkəs şansından istifadə edərdi. Lakin Paşinyan üç dəfə humanitar atəşkəsin tələblərini kobud şəkildə pozaraq, öz xalqını qırğına göndərməkdən çəkinmədi və bu vəziyyət indi də davam edir.

Təəssüf ki, müharibə itkilərsiz olmur. Öz torpaqlarını düşmən tapdağından azad etmək üçün gözünü qırpmadan canını fəda edən Azərbaycan əsgəri döyüşərək şəhidlik zirvəsinə ucalır. Lakin döyüş meydanında məhv edilən mənfur düşmən öz məğlubiyyətinin əvəzini dinc insanlardan, uşaqlardan çıxır.

Daha ətraflı Baku TV-nin videosüjetində:скачать dle 11.3
Mojo.az Banner