Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir |
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan tərəfindən mülki şəxslərə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb

23.10.2020 18:08 1 569
Ermənistan tərəfindən mülki şəxslərə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb
Baş Prokurorluq 27 sentyabr 2020-ci il tarixindən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində mülki şəxslərə qarşı törədilmiş cinayətlərin statistikasına dair məlumat yayıb.

"Report" xəbər verir ki, 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olmuş, 139 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Goranboy üzrə 7 nəfər həlak olmuş, 10 nəfər yaralanıb.

27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olub.

Tərtər üzrə 16 nəfər həlak olmuş, 50 nəfər yaralanıb.

Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.

Bərdə üzrə 2 nəfər həlak olmuş, 12 nəfər yaralanıb.

Beyləqan üzrə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanıb.

Ağcabədi üzrə 1 nəfər həlak olmuş, 19 nəfər yaralanıb.

Füzuli üzrə 3 nəfər həlak olmuş, 17 nəfər yaralanıb.

Ağdam üzrə 7 nəfər həlak olmuş, 40 nəfər yaralanıb.

Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.

Mingəçevir üzrə 5 nəfər yaralanıb.

Daşkəsən üzrə 1 nəfər yaralanıb.

Cəbrayıl üzrə 1 nəfər yaralanıb.

Xocalı üzrə 1 nəfər yaralanıb.

Qəbələ üzrə 1 nəfər yaralanıb.

Ümumilikdə 27 sentyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində 63 nəfər həlak olmuş, 298 nəfər yaralanıb.


Son xəbərlər