Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan Hitler və Səddam Hüseynin hərəkətlərini təkrarlayır

23.10.2020 17:50 1 659
Paşinyan Hitler və Səddam Hüseynin hərəkətlərini təkrarlayır
“Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı "Skad" raketlərindən istifadə etməsi onların terrorçu xislətini və hər zaman dinc əhalini hədəf almasını göstərir. Bu, gözlənilədir".

Bunu "Report"a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

O xatırladıb ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və müdafiə nazirliyinin generalları dəfələrlə vurğulayıblar ki, döyüş əməliyyatları başlayanda ballistik raketlərlə Azərbaycanın neft-qaz infrastrukturuna, strateji obyeklərinə, mülki əhalisinin daha çox yaşadığı yerlərə, Gəncə və Mingəçevirə zərbələr endirəcəklər:

"Bizim taleyimizdəndir ki, normal bir düşmənimiz yoxdur. Çünki ermənilər I Qarabağ müharibəsində və XX əsrin əvvəllərində fürsətdən istifadə edərək, dinc, silahsız əhaliyə qarşı qətliamlar həyata keçirib. Bu da onların növbəti bir addımıdır".

Ekspert bildirib ki, "Skad" ballestik raketləri 1967-ci ildən silahlanmaya qəbul edilib:

“Bu raketlər kerosin yanacaqla işlədiyinə görə sovet ordusunda onu adətən hərbiçilər “kerosinko” adlandırırdılar. Son illər dünyanın müxtəlif ölkələrində - Yəməndə, Liviyada, Suriyada gedən "Skad" raketlərindən istifadə olunma faktları qeydə alınıb. Ancaq bu raketlər heç də hədəfi vura bilməmişdi. Çünki həmin raketlərin dəqiqliyi azdır və lampalı texnologiyaya əsaslanır. Bu raketlərdən istifadə müasir müharibədə uyğunluq təşkil etmir. Biz 2012-ci ildə NATO-da səfərdə olanda NATO və tərəfdaşlarının sərhəddində yerləşən ballistik raketlərlə bağlı bir xəritə üzərində təqdimat keçirildi. O zaman xəritədə Türkmənistanın, Suriyanın "Skad" raketlərindən söhbət açılırdı, ancaq Ermənistanın "Skad"arı göstərilmirdi. Mən o zaman dedim ki, niyə Ermənistan Azərbaycanın neft-qaz infrastrukturunu ballistik raketlə vurmaqla hədələyir? Açığı orada mənə verilən cavablarda da ikili yanaşmanın olduğunu gördüm”.

R.Süleymanovun sözlərinə görə, Paşinyan son dövrlərdəki çıxışları, hərəkətləri ilə eynilə Hitlerin hərəkətlərini təkrarlayır:

“Necə ki, o zaman Hitler qoşunları bu raketlərdən hücum edən sovet ordusuna qarşı deyil, Londona, böyük şəhərə qarşı istifadə edirdilər. Paşinyan da eyni hərəkətləri təkrarlayır. Ermənilər yuxarıda qeyd etdiyim kimi vaxtilə dilə gətirdikləri strategiyanı təkrarlayırlar. Gecə vaxtı mülki insanların yaşadığı binaları, evləri raket hücumuna tuturlar. Hesab edirəm ki, Azərbaycan tərəfi həmin raketlərin istifadə edilməsi ilə bağlı əmri verənlər, ondan istifadə edənlər barədə məlumatlar toplayaraq beynəlxalq tribunala verməlidir. Həmin şəxslər barəsində isə beynəlxalq axtarış elan edilməlidir”.

Ekspert vurğulayıb ki, döyüşlərin gedişatı göstərir ki, "Skad", "İskəndər", "Toçka-U" tipində operativ taktiki raket komplekaslərinin, ballistik raketlərin atışı heç nəyi dəyişməyəcək:

“Çünki Ermənistanın əlində az sayda bu raketlərdən mövcuddur. Azərbaycanın əlində olan raketlər düşmənin həmin hədəflərini vurmağa və böyük dağıntılar törətməyə imkan verir.Azərbaycan səbr edərək beynəlxalq səviyyədə tanınmış öz ərazilərində təmizləmə əməliyyatlarını aparır. Əgər düşmənin təxribat xarakterli belə addımları davam edərsə, onlara qarşı ciddi tədbirlər görüləcək. Ermənistan tərəfi mülki əhalini hədəfə almaqdan əl çəkməlidir. Paşinyan bu addımları ilə Hitler və Səddam Hüseyndən fərqi olmadığını bir daha sübut edir. Paşinyan hazırda başını itirib. Dərk etmir ki, mülki əhalini hədəfə vurmaqla müharibənin hədəfini həll etmək olmaz. Əksinə, insanların qisas hissi daha da artır”.

Son xəbərlər