Mojo.az Banner
15:39 Avqustda neçə gün iş olmayacaq?  |     15:22 Azərbaycanda 7 min manatadək yeni cərimələr tətbiq ediləcək  |     15:06 Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - Video  |     15:04 Generala yüksək vəzifə verildi - TƏYİNAT  |     14:48 Qazla bağlı rüsum LƏĞV EDİLİR  |     14:38 Günəşdə ən yüksəksəviyyəli alışmalar gözlənilir  |     13:39 Sənədi olmayan bəzi məhsulların ölkəyə gətirilməsi QADAĞAN EDİLİR  |     12:51 Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE  |     12:50 Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi  |     12:49 Qlobal bazarda neft bahalaşdı  |     12:47 İki milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu - FOTO  |     12:45 Mərdəkanda dənizdə 16 yaşlı gənc batıb  |     12:37 Çəyirtkələrin sirri: Onları Azərbaycana gətirən səbəb nədir?  |     12:31 Təhsil müəssisələrində geyim tələbləri TƏSDİQLƏNDİ  |     12:16 Loren Bennet 37 yaşında vəfat etdi  |     12:06 Pakistanda polis postuna silahlı hücum: 9 nəfər həlak olub  |     11:37 Bakıda 40 yaşlı kişi küçədə öldü  |     23:03 Tsarukyanın evindən tapılan vəhşi heyvanlar zooparka köçürüldü - Video  |     22:55 Kuba qaranlığa büründü  |     22:49 Çay təzyiqi aşağı salmağa kömək edirmi? - Mütəxəssislərin cavabı  |    
Left Banner
Right Banner

İlham Əliyev: “İrəvan konstruktiv danışıqlar apararsa, Bakı hərbi əməliyyatları dayandıracaq”

19.10.2020 19:27 1 647
İlham Əliyev: “İrəvan konstruktiv danışıqlar apararsa, Bakı hərbi əməliyyatları dayandıracaq”
İrəvan danışıqlar prosesində konstruktiv davranacağı halda, Bakı hərbi əməliyyatları qısa müddətdə dayandırmağa hazırdır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev TASS-a müsahibəsində söyləyıb.

“Vəziyyətin hələ də qaynar mərhələdə olması bizim günahımız deyil. Mən dəfələrlə demişəm ki, Azərbaycan uzunmüddətli danışıqlar prosesi ilə hazırlanan tənzimlənmə prinsiplərinə sadiqdir. Əgər Ermənistan danışıqlar prosesində konstruktiv davranarsa, biz günü sabah hərbi fəaliyyətləri dayandırmağa hazırıq, ancaq bizim İrəvandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk Qrupu tərəfindən hazırlanmış baza prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir”, - deyə İlham Əliyev Moskvada razılaşdırılmış atəşkəsə qayıtmaq şansı görüb-görməməsi yoxsa atəşkəsin tamamilə pozulması ilə bağlı suala cavabında bildirib.

Dövlət başçısı eyni zamanda danışıqlar prosesinin pozulmasında erməni tərəfinin məsuliyyət daşıdığını qeyd edib.

“Bu yaxınlarda Ermənistan rəhbərliyi yenidən faktiki olaraq baza prinsipləri rədd edən çox təhlükəli bəyanatlarla çıxış etdi. Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesini pozmağa yönəlmişdi. Mən artıq onların çoxsaylı bəyanatları, təxribat xarakterli fəaliyyətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədə danışmışam. Buna görə də əgər erməni tərəfi nəhayət hərbi təxribatlar yolunun onları fəlakətə aparacağını başa düşərsə, biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masasında həll etməyə hazırıq”, - deyə İlham Əliyev qeyd edib.

Ölkə başçısı həmçinin Bakının tərəfdaşları ilə təmaslar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu vurğulayıb.

“Əvvəldən də, münaqişənin həlli üçün aparılan danışıqlar prosesində də biz hər zaman beynəlxalq hüquqa və münaqişənin sülh yolu ilə həllinə sadiqliyimizə əsaslanmışıq. Azərbaycanın Moskvadakı danışıqlardan sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışdıq. Ancaq təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozdu – heç 24 saat keçmədən yuxuda olan Gəncə şəhərinə hücum edildi”, - deyə Prezident bildirib.

Azərbaycan Prezidentinin sözlərinə görə, zərbə bilərəkdən yaşayış məntəqələrinə vurulub və ilk hücumdan sonra çox sayda ölü və yaralılar olub.

“Yəni, Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu və bununla da vasitəçilərə və Moskvada bu qədər uzun danışıqlardan sonra üzərinə götürdüyü öhdəliklərinə hörmətsizlik göstərdi.

Əsirləri və ölənlərin cəsədlərinin mübadiləsi məqsədilə atəşkəsin şərtlərinin razılaşdırılmasından sonra Ermənistan atəşkəs rejimini döyüş meydanında da pozdu. Ancaq görünür bu onlara kifayət etməyib və onlar Gəncə şəhərinə hücum ediblər.

Yeri gəlmişkən, iki gün əvvəl gecə onlar yenidən bunu etdilər. Bu çox alçaq cinayətdir, bu beynəlxalq terrorizmdir. Dünya ictimaiyyətinin bu qanlı cinayəti yekdilliklə qınaması ondan xəbər verir ki, onlar bundan sadəcə belə yaxa qurtara bilməyəcəklər”, - Prezident bildirib.скачать dle 11.3
Mojo.az Banner