Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyev: "Əgər Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, biz danışıqlara hazırıq"

09.10.2020 22:53 1 548
Prezident İlham Əliyev:
Biz sülh danışıqlarının tərəfdarıyıq. Azərbaycan danışıqlar masasında konstruktiv tərəfdaşdır. Biz düşünürük ki, ABŞ, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış prinsiplər həll üçün əsas olmalıdır. Ermənistanın baş naziri bunları rədd edir. O dedi ki, “Qarabağ Ermənistandır”. Bu, danışıqları mənasız edir. Siz necə “Qarabağ Ermənistandır” deyə və əraziləri geri qaytarmaqla bağlı danışıqlar apara bilərsiniz? O dedi ki, Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatın dəyişməsidir. Əgər Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, biz danışıqlara hazırıq.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “CNN International” televiziyasına müsahibəsində Azərbaycanın danışıqlarla bağlı mövqeyni şərh edərkən bildirb.

“Atəşi başlayan ilk olaraq dayanmalıdır və biz də danışıqlar masasına qayıtmaq üçün eynisini edərik. Paşinyan rejimi danışıqları pozmaq üçün əlindən gələni etdi. Onlar bu bəyanatı verdilər, onlar iyulda bizə hücum etdilər, avqustda bizə hücum etdilər, sentyabrda bizə hücum etdilər. Onlar danışıqları pozmaq üçün hər şeyi edir. Biz hazırıq, onlar isə yox”, - deyə Azərbaycan Prezidenti qeyd edib.скачать dle 11.3

Son xəbərlər