Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

XİN-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması ilə bağlı AÇIQLAMA

15.10.2020 21:51 1 194
XİN-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması ilə bağlı AÇIQLAMA
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 15 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycanın sıx məskunlaşmış yaşayış yerlərini və mülki şəxslərini məqsədyönlü atəşə tutmağa davam etməsi, səhər saatlarından etibarən, Azərbaycanın Ağdam, Ağcabədi, Goranboy və Tərtər rayonlarının artilleriya atəşinə məruz qalması ilə bağlı açıqlama verib.

XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumatda deyilir:

“Məqsədli şəkildə Azərbaycanlı mülki şəxsləri hədəfə alaraq, dinc insanların hər hansı fərq qoyulmadan qətl edilməsi halı olan bu akt, Ermənistanın törətdiyi növbəti barbarlıq və insanlıq əleyhinə cinayətidir.

Ermənistan tərəfindən humanitar atəşkəsin kobudcasına pozulması bir daha onu nümayiş etdirir ki, bu ölkə münaqişənin siyasi həllində maraqlı deyil və Azərbaycana qarşı təcavüz siyasətini davam etdirmək məqsədi güdür.

Ermənistanın təcavüzkar siyasətini və bu ölkənin təcavüzü zamanı törətdiyi müharibə cinayətlərini qətiyyətlə pisləyirik. Ermənistandan beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyaları ilə üzərinə götürdüyü öhdəliklərə hörmət etməyi tələb edirik.

Humanitar atəşkəsə sadiq olduğumuzu qeyd edərək, Azərbaycanın öz mülki əhalisini müdafiə etmək suveren hüququnu özündə saxladığını bəyan edirik”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda dəfn mərasimi zamanı qəbirstanlığı bilərəkdən atəşə tutması nəticəsində 4 mülki şəxs həyatını itirib, 5 nəfər isə ciddi xəsarət alıb.

Son xəbərlər