Mojo.az Banner
13:11 Yer kürəsində yeni maqnit qasırğası gözlənilir  |     13:10 Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ  |     13:09 Nepalda matəm günüdür  |     13:08 Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var  |     13:07 Bacısının sevgilisini öldürən yeniyetmə: "Onların fotosunu "TikTok"da gördüm..." - TƏFƏRRÜAT  |     13:06 600 bal toplayan abituriyent niyə kəsilir? – Mütəxəssisdən açıqlama  |     13:05 Putinin qaz kəmərinin adını dəyişməsi Çində çaşqınlıq yaratdı  |     13:03 Diplom var, amma ixtisas üzrə iş yoxdur – Açıqlama  |     12:59 Eyni maaş alanlara niyə fərqli məbləğdə kredit verilir?  |     12:56 Kuryerə verdiyiniz əşya itərsə, zərəri kim ödəyəcək? - Hüquqşünas açıqladı  |     12:51 Azərbaycanda səhiyyə sistemində 11 min əməkdaş işdən çıxarılacaq?  |     12:48 Mağazalarda eyni məhsulun fərqli qiymətə satılmasının səbəbləri açıqlanıb  |     12:43 Ağstafada 25 yaşlı gənc bıçaqlanıb  |     12:41 Küçə kəsimi niyə hələ də davam edir? – Ekspertdən ciddi xəbərdarlıq  |     12:36 İş yerində baş verən hadisəyə görə işəgötürən həbs oluna bilər – Açıqlama  |     12:26 “Əgər quru sərhədlər açıq olsaydı...” – İran rialı ilə bağlı diqqətçəkən AÇIQLAMA  |     12:13 Bu universitetlər birləşdirilə bilər  |     12:09 Marketlərdə şəkər tozu qıtlığı: “Azərsun”dan AÇIQLAMA  |     12:04 Azərbaycanda həkim çatışmazlığı: Regionlarda vəziyyət niyə daha ağırdır?  |     11:52 25 min manata yaxın pul yığıb yol çəkdirdilər, üç gün sonra dağıldı - Sakinlərdən ŞİKAYƏT - VİDEO  |    
Left Banner
Right Banner

İlham Əliyev: “Mənə heç bir dəlil təqdim olunmayıb”

15.10.2020 12:22 2 337
İlham Əliyev: “Mənə heç bir dəlil təqdim olunmayıb”
“Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizə buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bu barədə danışıb və ondan məsələ ilə bağlı dəlil tələb edib:

“Biz bu barədə danışdıq və mən hələ də dəlil gözləyirəm. Mənə heç bir dəlil təqdim olunmayıb. Bizim digər rəsmilərə heç bir dəlil təqdim olunmayıb. Mən Fransa Prezidentindən dəlil təqdim etməyi və danışmaq, bu məlumatı mübadilə etmək üçün müvafiq dövlət qurumlarının rəhbərləri arasında təmaslar təşkil etməyi xahiş etdim. Bu təmas baş tutdu və sizə deyə bilərəm ki, bizə heç bir dəlil təqdim olunmayıb. Ona görə əgər heç bir dəlil yoxdursa, düşünürəm ki, bu şayiələr də keçmişdə qalmalıdır”.скачать dle 11.3
Mojo.az Banner