Mojo.az Banner
15:04 Fars körfəzindən fasiləsiz tədarük neftin qiymətinə necə təsir edir?  |     14:06 Bu marşrutdan istifadə edənlərin diqqətinə: Avtobuslar dəyişdirilir  |     13:56 Temperatur yenidən yüksəlir: sabah isti olacaq  |     13:38 Ağcabədidə itkin düşən şəxsin avtomobili su kanalında tapıldı  |     13:01 Lənkəranda itkin düşən kişinin meyiti kanalda tapıldı  |     12:45 UEFA əmsallar cədvəli: Uğursuz nəticələrdən sonra Azərbaycanın mövqeyi dəyişmədi  |     12:43 Sadır Japarov: "Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir"  |     12:37 Azərbaycan nefti BAHALAŞIB  |     12:35 Azərbaycan və Qırğızıstan şəhərləri qardaşlaşdılar  |     12:34 Kamçatka sahillərində 5.7 maqnitudalı zəlzələ olub  |     12:33 Prezident Sadır Japarov: "Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur"  |     12:29 Peruda güclü zəlzələ baş verib  |     12:27 Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq BOĞULUB  |     12:24 Kafedə pivə içib dalaşdılar: Şüşə parçası ilə tanışını yaraladı  |     12:14 Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU  |     11:23 Psixoloqdan valideynlərə VACİB tövsiyə: Uşaq ağlayanda necə davranmaq lazımdır?  |     11:11 Kanadada İslam Mərkəzinə naməlum şəxslər hücum ediblər  |     23:01 Azərbaycandan Bolqarıstana ixrac olunan neftin həcmi artdı  |     22:53 Notarius ilk məhkəməsində həbs edildi  |     22:46 Ev almaq adı ilə gəldi, oğurluq etdi  |    
Left Banner
Right Banner

Bölmələrimiz düşməni tələyə salaraq darmadağın edib: 38 nəfər canlı qüvvə və xeyli texnika məhv edilib - RƏSMİ

10.10.2020 22:54 2 790
Bölmələrimiz düşməni tələyə salaraq darmadağın edib: 38 nəfər canlı qüvvə və xeyli texnika məhv edilib - RƏSMİ
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib.

Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu iki yük maşını məhv edilib.

Qoşunlarımız hazırda bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.скачать dle 11.3
Mojo.az Banner