Mojo.az Banner
13:41 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO  |     13:36 Azərbaycanda yeni iş yerləri yaradılacaq  |     13:32 Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib  |     13:19 37 yaşlı musiqiçi evində ölü tapıldı  |     13:11 Bakıda səfərdə olan Ermənistanın kəşfiyyat rəhbəri İrəvana niyə gec qayıdıb?  |     13:02 Paşinyan: "İlk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq"  |     13:01 Azərbaycan nefti bahalaşdı  |     12:53 Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB  |     12:43 Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT  |     12:39 Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi  |     12:38 Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub  |     12:36 Azərbaycana payız gəldi  |     12:34 Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - Video  |     12:28 Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi  |     12:26 Özbəkistan Naxçıvan-Türkiyə dəmir yolu layihəsinə qoşula bilər  |     12:09 Bakı aeroportunda pul tapdı, dilənçilərə 3 min manat payladı  |     12:06 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası - Video  |     11:41 Əfv edilənlərin arasında Martin Ryan da var  |     11:39 Qızılın qiyməti düşür – Azərbaycanda nə qədər ucuzlaşa bilər?  |     11:36 Sürücülərin NƏZƏRİNƏ: Tıxaca düşməmək üçün bu yolları seçin  |    
Mojo.az Avto
Mojo.az Avto

Tramp virtual debatda iştirakdan imtina etdi

08.10.2020 23:00 1 305
Tramp virtual debatda iştirakdan imtina etdi
ABŞ Prezidenti Donald Tramp onlayn debatlarda iştirak etməyəcəyini deyib.

“Buna qatılmayacağam və buna vaxt itirməyəcəyəm”, - deyə Tramp “Fox Business”ə verdiyi müsahibədə bildirib.

Bundan əvvəl “Associated Press” Prezidentin Debat Komissiyasına istinad edərək oktyabrın 15-də Tramp və Co Bayden arasında seçki öncəsi ikinci debatın virtual formatda keçirilməsinə dair qərarı açıqlamışdı.

Debatların onlayn olması qərarı Trampın koronavirus diaqnozu ilə əlaqədar verilib.

74 yaşlı prezidentin koronavirusa yoluxması Co Baydenlə ikinci raund debatın keçirilməsini şübhə altına qoymuşdu. Lakin Ağ Ev rəhbəri hospitaldan Ağ Evə qayıtdıqdan sonra özünün “Twitter” hesabında oktyabrın 15-də keçiriləcək debatların ikinci raundunu səbrsizliklə gözlədiyini bəyan etmişdi.

Bayden öz növbəsində bildirmişdi ki, təhlükəsizlik tədbirdləri görüləcəyi təqdirdə debatların ikinci raunduna hazırdır.

Onu da qeyd edək ki, Trampın öz işinə bu qədər sürətlə qayıtması ABŞ mediasında birmənalı qarşılanmayıb.

“The Hill” ölkədəki səlahiyyətlilərin hazırkı tövsiyələrinə görə, digər insanlara yoluxma riskini minimuma endirmək üçün koronavirus xəstələrinin ən azı 10 gün özlərini təcrid etməli olduğunu xatırladıb.скачать dle 11.3
Mojo.az Banner