Mojo.az Banner
13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Fuad Axundov: “Naxçıvanın Azərbaycana verilməsi faktını göstərənə 1 milyard dollar verməyə hazıram"

02.10.2020 23:28 2 453
Fuad Axundov: “Naxçıvanın Azərbaycana verilməsi faktını göstərənə 1 milyard dollar verməyə hazıram
Ermənilər ənənələrinə sadiq qalaraq hər fürsətdə Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək yeni əfsanələr uydurmağa davam edirlər.

Növbəti əsassız iddia erməni politoloq Arayik Stepanyan tərəfindən ortaya atılıb. Rusiyanın Birinci kanalında efirə gedən “Zaman göstərir” verilişinə qatılan erməni politoloq vicdanı sızlamadan iddia edib ki, Naxçıvan muxtariyyəti 1921-ci ildə Azərbaycana verilib.

Verlişdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov erməni tərəfinin ortaya atdığı çoxlu sayda saxta məlumatlara cavab verib.

“Naxçıvanın Azərbaycana təhvil verildiyi “tarixini” yazanlar erməni xalqına hörmət etmirlər. Naxçıvanın Azərbaycana verildiyi barədə faktı göstərəcək adama 1 milyard dollar verəcəyəm. Əksinə, həmin vaxt Zəngəzur ərazisi Ermənistana verildi, nəticədə Ermənistan Azərbaycanla Naxçıvan muxtariyyəti arasında oldu. Ermənistanda tarixlə bağlı çoxlu saxta məlumatlar var”, - deyə o bildirib.

Eyni zamanda F.Axundov xatırladıb ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. O, xatırladıb ki, İkinci Dünya Müharibəsi zamanı Hitler Şimali Qafqaz və Volqa boyunca SSRİ-nin ərazisinin cəmi 9 faizini işğal etdiyi üçün Böyük Vətən Müharibəsi elan olunub.

“İndi isə bu bizim üçün Böyük Vətən Müharibəsidir”, - deyə o qeyd etdi.

Fuad Axundov həmçinin suriyalı muzdluların Dağlıq Qarabağda Azərbaycan tərəfdən döyüşməsi ilə bağlı iddialara cavab verib.

“Bizim 10 milyon, Ermənistanın isə 2 milyon əhalisi var. Bizim güclü ordumuz olduğu halda, muzdlulara nə ehtiyacımız var?”, - deyə o, qeyd etdi.

F. Axundov döyüşlərin bu qədər geniş miqyasda olmasa da, daim davam etdiyini xatırladı. 30 ildir heç kim Ermənistanı dayandırmağa çalışmadı, erməni əsgərinin Azərbaycan ərazisində nə işinin olduğunu soruşmadı.

Azərbaycan qoşunlarının əks-hücumunun nə qədər davam edəcəyi barədə sualı cavablandıran F. Axundov, bu qərarın Ali Baş Komandan tərəfindən verildiyini bildirərək, xalqın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra olunmasını tələb etdiyini xatırlatdı. Necə ki, 1943-cü ildə xalq sona qədər vuruşmağı tələb etdi.скачать dle 11.3
Mojo.az Banner