Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir | 12:55 Gözəllik salonlarında çalışanlar üçün yeni qayda | 12:54 Qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq ediləcək | 12:48 Kuryerlər üçün aylıq vergi təklif olunur | 12:47 Hotellərə yeni tələb qoyulur | 12:22 19 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu - Səbəb | 12:21 Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək | 12:20 Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz | 12:10 Azərbaycanda hava şəraiti ilə bağlı daha bir qurumdan xəbərdarlıq | 12:08 İrəvanda Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan yenidən həbs edildi | 12:04 Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq | 12:03 Polad Həşimovun anasının son vəziyyəti açıqlandı | 12:03 İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" | 12:02 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" | 12:01 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb | 11:59 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı | 11:59 Yaponiyada mobil rabitə böhranı: Zəng və SMS xidmətləri dayandı |
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın dövlət başçısına təşəkkür edib

02.10.2020 21:02 1 523
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın dövlət başçısına təşəkkür edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçə məktub ünvanlayıb.

APA-nın məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Sədr,

Sizə səmimi salamlarımı yetirir, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı Bosniya və Herseqovinanın obyektiv mövqeyinə görə Sizə öz adımdan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.

Cari ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizin və hərbi birləşmələrimizin mövqelərinin ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində hərbi qulluqçularımız, 20-yə yaxın mülki şəxsimiz, o cümlədən iki uşaq həlak olmuş, 50-dən çox mülki şəxs yaralanmışdır. Bu hərbi təcavüzün qarşısının alınması məqsədilə Azərbaycan Ordusu zəruri əks-hücum tədbirlərini həyata keçirir.

Bu təxribat Ermənistanın ölkəmizə qarşı 30 ildən artıq yürütdüyü işğalçılıq siyasətinin davamıdır. Son vaxtlar, xüsusilə də iyul-avqust aylarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlar müntəzəm xarakter almış, bu ölkənin hərbi-siyasi rəhbərliyi danışıqlar prosesini şüurlu şəkildə sarsıtmağa yönəlmiş təcavüzkar bəyanatlar səsləndirmişdir. Eyni zamanda, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində xarici vətəndaşların qeyri-qanuni məskunlaşmasını həyata keçirmiş, torpaqlarımızda vuruşmaq üçün on minlərlə könüllüdən ibarət hərbi birləşmələr yaratmışdır.

Azərbaycan Ordusu öz doğma torpağında ölkəmizin ərazi bütövlüyünü müdafiə edir və bundan sonra da edəcəkdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, əzəli tarixi torpağımızdır. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Bosniya və Herseqovinanın ədalətli mövqeyinə görə Sizə bir daha təşəkkür edirəm. Ölkənizin Azərbaycana göstərdiyi bu dəstəyi xalqımız yüksək qiymətləndirir.

İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Bosniya və Herseqovina xalqına daim rifah və əmin-amanlıq diləyirəm".

Son xəbərlər